“Allaha yalvarıram ki, məni əsgər balama bağışlasın…” – Xərçənglə mübarizə aparan Tahirə – foto

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 80
    Shares

Ağır xəstəliklə mübarizə aparan tanınmış aparıcı Tahirə Məmmədqızının əməliyyat olunacağı tarix müəyyən olunub.

Bu barədə Yenicag.az-a aparıcı özü məlumat verib:

“Sabah, ya da o biri gün əməliyyat olunacağam. Allaha yalvarıram ki, məni hərbi xidmətdə olan övladıma bağışlasın. Həkimim deyir ki, “uşaqlıq” orqanım çıxarılsa, yaşamaq şansım yüksək olacaq”.

Aparıcı bütün xərclərin həkim Elman Əzimov tərəfindən qarşılandığını bildirib:

“Bu günə qədər bütün müayinə, müalicə, əməliyyat xərclərimi Elman Əzimov üzərinə götürüb. Ona minnətdaram”.

Related Articles

050-295-94-79
top