“Veysəloğlu” Şirkətlər Qrupunda çalışanların yarıdan çoxu gənclərdir

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün “Veysəloğlu” şirkətlər qrupunda çalışan 17-34 yaş aralığında olan işçilər 77% təşkil edir. Şirkət əməkdaşlarının 61.5%-i isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, şirkətlər qrupunda çalışan əməkdaşların yarıdan çoxu gənclərdir. Özünün 25 illik fəaliyyətində şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edib. Bu səbəbdən də gənclərimiz karyerasını bu şirkətdən başlamağa üstünlük verirlər. Belə ki, “Veysəloğlu” şirkətlər qrupu işçi heyyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir, bunun üçün ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir.

Şirkət respublikanın ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olmuş işçilərnin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə, eyni zamanda əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan övladlarının təhsil almalarına da daim yardımçıdır.

Xatırladaq ki, 2 fevral ümumrespublika Gənclər günüdür. Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 5 may 2007-ci il tarixli Qanununa əsasən Azərbaycanda gənclər 14–29 yaşlarında hesab edilir.

Related Articles

050-295-94-79
top