“Gilan” holdinqə bağlı şirkət işçilərini aldadıb çörəksiz qoyur – İxtisar oyunu…

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Gilan” holdinqinə daxil olan “Gilan construction” işçilərini aldadaraq müxtəlif vasitələrlə işdən azad etməyə başlayıb

Bu barədə Cahan.info xəbər verir. 

Sosial şəbəkələrdə narazılığını yazan bəzi işçilər anonim profillə yazırlar ki, onlara məcburi ərizələr yazdırılır. Əvvəlcə onları aldadıb “Gilan inşaat” şirkətinə transfer ediblər. Bir müddət müqavilə uzadılıb. İndisə onlara “yaxşı yol” deyilir.

Müqavilələrə xitam verilməyə başlanır və xeyli sayda işçi çörəksiz qala bilər. Onlar holdinq rəhbərliyinin bu məsələdən agah olduğunu bilmirlər. 

Amma işçilər də onu bilmirlər ki, “Gilan” fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindən çıxdıqdan sonra qara günlərini yaşamaqdadır. 

Şirkətin bu addımı atmasının maliyyə səbəbləri ilə əlaqəli olub-olmadığı deyilmir. Sadəcə, işçilərə müxtəlif bəhanələr gətirilir, onlar incidilir, sıxışdırılır və könüllü şəkildə ərizə yazmağa məcbur edilir. 

Bir müddət əvvəl holdinqdə vergi yoxlamaları aparılmışdı. Sonra holdinq müəssisələrini bir-bir “Paşa” holdinqin tabeliyinə verməyə başladı. 

Xural.com yazmışdı ki, holdinq daxilində yaratdığı komissiyanın gəldiyi nəticə Kəmaləddin Heydərovu dəhşətə gətirib. Komissiyanın yekun rəyinə görə, «Gilan» Holdinqdə nə az, nə də çox, düz 80 milyon manat yeyintinin baş verdiyi ortaya çıxıb. 

Bundan sonra əsl həngamə başlayıb. Bütün şirkəti nəzarətə götürən FHN şefi şirkətə giriş-çıxış kameralarından tutmuş otaqlardakı, koridorlardakı kameralara qədər hər şeyin araşdırılmasını tapşırıb. 

Bank əməliyyatları araşdırılır, lazım olarsa kənar qurumların mütəxəssislərinin yoxlamaya cəlb olunacağı haqqında məlumatlar gəzir. 

Verilən informasiyalara görə, Kəmaləddin Heydərov yeyintidə iştirak edənlərin kimliyindən asılı olmayaraq ciddi cəzaların veriləcəyini bildirib və lazım olarsa, böyük kadr islahatlarına gedəcəyini bəyan edib.

Görünür, uzun zamandır heç bir yoxlama olmadan fəaliyyət göstərən «Gilan» çalışanları həddindən artıq arxayınçılığa aludə olublar və şirkətin öz daxilindən belə bir yoxlamanın olacağını təxmin etməyiblər.

Cahan.info xəbər verir ki, “Gilan construction”dan əsassız olaraq “Gilan inşaat”a işçilərin göndərilməsi əslində bir oyun imiş. Amma işçilərin başını aldadıblar. Sonradan anlayıblar ki, məqsəd işdən çıxarmaq olub. 

Sadəcə, sonuncu şirkətə köçürməklə özlərindən uzaqlaşdırıblar, orada isə müqavilələrə xitam verməklə ixtisara salırlar. K.Heydərovun tərki-silah olunmasının səbəbi qüdrətli bir nazirin iri fiqur statusunu aşağı salmağa hesablanıb. 

Ölkənin biznes imperiyasına malik, xarici əlaqələri olan, hətta Putinlə Ərdoğanın barışmasında vasitəçilik etmiş nazirin bundan artıq böyüməsinə imkan verilmir. Eyni zamanda postneft dövrünün tələbi monopolist məmurları zəiflətməyi diktə edir.

Artıq “Gilan” holdinqə aid müəssisələr, “Qafqaz” otelləri və s. biznes strukturları əlindən çıxan K.Heydərovun “Atropatena” süd və süd məhsulları istehsal edən zavodu da itirdiyi xəbərləri gəlməkdədir. 

İddialara görə, “Atena” brendi ilə istehsal edilən məhsulların şirkəti də artıq nazirə məxsus deyil. 

Bu təhvil-təslim əməliyyatının davamında kifayət qədər müəssisələr var. Doğrudur, onun oğlanlarının biznesinə, xaricdəki obyektlərinə isə hələlik əl qoyulmayıb. 

Amma bu gedişlə media güclərini itirəndən sonra biznes resursları da əldən çıxan Heydərovların Məmmədovlar kimi iqtidardan pilləli şəkildə gedəcəyi şübhə doğurmur. 

Buna qədər isə hələ alınmalı müəssisələr var: 

Dəri zavodunun Bakıda 1 obyekti
Dəri zavodunun Yevlaxda 2 obyekti 
“Şirvan İnşaat” MMC (Ağdaş rayonu) 47 nəfər, 1 icarə obyekti
“Şirvan Nəqliyyat” MMC, Qobustan rayonu
“Şirvan Sənaye” MMC Qobustan rayonu
“Aqro-Azərinvest” MMC, 224 nəfər. Yevlax, Qəbələ, Samux və Göygöl rayonlarında icarə üzüm bağları, Qəbələdə istehsal və şərab sexləri
“Atlant-İnşaat” MMC 
“Azer Yapı Market” MMC, 29 nəfər biri “Master Tibot” olmaqla Şüvəlanda və Xətai rayonunda iki ticarət obyekti
“Abşeron Taxıl” MMC, 27 nəfər, un və çörək istehsalı, taxıl anbarı
“Abşeron Ticarət” MMC
“Neptun -S” MMC, Xətai, Nəsimi və Nərimanov rayonları Bakıda olmaqla 9 mağaza və supermarket, 177 nəfər
“AY-NT” MMC,
Ağcabədi süd zavodu
Tovuz süd zavodu
Tərtər süd zavodu
Zaqatala süd zavodu
Qəbələ fındıq emalı zavodu
Bakı meyvə suları zavodu
Dəvəçi rayonunda içməli su mənbəyi
Jalə lomonad zavodu, Qəbələ rayonu
Bakı beton zavodu
Bakıda 2 makaron zavodu
Xanlar makaron fabriki

Bu siyahı nazirin biznesinin yarıdan da yarısıdır. Sadəcə, təsəvvür yaransın deyə bəzilərini təqdim elədik. Heydərov nəhəng “ATA Holdinq” konqlomeratını idarə edir, o həmçinin “Caspian Fish Company”in sahibidir. 

Gömrükdəki rıçaqları vasitəsilə Heydərovun alkoqollu içkilər istehsalı və idxalında da güclü maraqları var, habelə Bakıda iri tütün fabriki də onun himayəsindədir.

Related Articles

050-295-94-79
top