1-Cİ QRUP ƏLİLİN EVİ ZƏBT OLUNDU- PREZİDENTƏ MÜRACİƏT – VİDEOGİLEY

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Gündəm Xəbər”in redaksiyasına hər kəsi şoka sala biləcək 1-cu qrup əlil Mirzəliyev Emil Abuzər oğlunun şəxsi nümayəndəsi Məmmədov Ədalət Dinyar oğlu tərəfindən müraciət daxil olub.

Adı çəkilən şəxs redaksiyamıza təqdim etdiyi müraciətində qeyd edir ki, “Emil Mirzəliyevin doğulub boya-başa çatdığı 15 kvm sahəsi olan evini Vəliyevlər ailəsi heç bir əsas olmadan ələ keçirib, az sonra da özəlləşdirib.

O, zəbt olunmuş evinin geri qaytarılması tələbi ilə bir çox instansiyalara müraciətlər etsə də, hətta adı çəkilən şəxsin şəxsi nümayəndəsi olaraq belə bir problemin məhkəmə qaydasında araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət etsəm də, məhkəmənin hakimləri Elnur Həsənov və İman Nağıyev ortaya ədalətsiz yanaşmalarını qoydular.

Yəni, Emil Mirzəyevin haqlı tələbi, hətta mənim məhkəməyə təqdim etdiyim lazımi sənəd-sübutlar nəzərə alınmadı və sonra da ədalətsiz qərar çıxartdılar. Ona görə də, çıxarılmış belə bir ədalətsiz məhkəmə qərarına etiraz əlaməti olaraq o, ölkə rəhbəri cənab İlham Əliyevə açıq video-müraciət etməyə qərar verdi”. Ona görə də, KİV nümayəndəsi olaraq, Mirzəliyev Emil Abuzər oğlunun üz-üzə qaldığı olayları ictimailəşdirməyi özümüz üçün borc bildik.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top