Gömrükdə tutulan pulların məbləği açıqlandı

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən, gömrük orqanları valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 1 milyon 189 min 549 ABŞ dolları, 310 min 207 avro, 15 min 162 funt sterlinq, 34 milyon 865 min 955 rus rublu, 209 min 998 Azərbaycan manatı, 9 min 977 manat dəyərində 8792 qram gümüş, 1 milyon 246 min 730 manat dəyərində 2945,223 karat qiymətli daşlar, 8400 manat dəyərində 120,07 qram qızıl, 64 ədəd qızıl sikkə, 341983 manat dəyərində 1802 ədəd qızıl zinət əşyaları aşkar olunub. 

Oxu.Az xəbər verir ki, bu rəqəmləri Dövlət Gömrük Komitəsi ötən ilin yekunları ilə bağlı məlumatında açıqlayıb.

Məlumata görə, hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün həyata keçirilmiş tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 189 min 936,3 manat dəyərində 1 milyon 236 min 655 ədəd xaricdə istehsal olunan siqaret və 31 min 777 manat dəyərində 1612,39 litr spirtli içkilər saxlanılıb.

Related Articles

050-295-94-79
top