Elmar Vəliyevdən sonra: təcili yardım pula tələsir, əhali zəhərli su içir və…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Gəncə sakini 37 yaşlı Sənan Vəliyev Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarından, onların hərəkətlərindən narazıdır

Cahan.info məlumat verir ki, neçə illərdir anası Təliqə Vəliyeva insult xəstəliyindən əziyyət çəkir və yataq xəstəsidir. 

İflic halda olduğundan yeriyə bilmir. Üstəlik şəkərli diabet xəstəsi də olduğu üçün, müntəzəm olaraq, sağlamlıq durumu dəyişir. 

Özünü pis hiss edir, təzyiqi maksimal həddə çatır. Buna görə o günün müxtəlif saatlarında təcili yardım stansiyasına zəng edərək həkim dəvət etməyə məcbur olur. 

S.Vəliyev bildirir ki, əvvəllər həkimlər evlərini tapa bilmirdilər, həm də çox gec gəlirdilər. Xüsusən də gecə saatlarında. Artıq həkimlərin əksəriyyəti çağırışa davamlı gəldiklərindən evlərini tanıyırlar. 

Pul ilə xidmət göstərən həkimlər, adətən 5 manat məbləğindən az olmayaraq, sürücü pulu da istəyirlər. Ailə isə kasıb olduğundan hər dəfə 5 manat vermək gücündə olmur.

Bu isə gecə “əziyyət” çəkib gələn həkimlərin narazılığına səbəb olur. Son çağırışa gələn tibbi stansiyanın həkimi Solmaz Kərimova ona deyib ki, sənə hörmət edib 5 manat lırdıq, indi onu 2 manata salmısan. 

Həkim əlavə edib ki, “sən artıq həkim olmusan və anana nə lazım olduğunu bizdən yaxşı bilirsən. Biz analgin, dimedrol vurub gedirik. Bunu sənin özün də edə bilərsən. Bir daha bizə əziyyət verib bura çağırma”. 

Həkimin bu cür münasibətinin müqabilində şikayətçi S. Vəliyev Gəncə Səhiyyə İdarəsinə müraciət etsə də cavab verilməyib.

Cahan.info-ya Gəncədən gələn növbəti şikayətdə isə deyilir ki, içməli su problemi yaşanır. İçməli su fasilələrlə, bəzi yaşayış massivlərində həftədə bir neçə gün olmaqla növbəli və laborator müayinələrə görə yararsız şəkildə verilir. 

Əhali maşınlarda “ağ su” satışını təşkil edən fiziki şəxslərin xidmətlərindən istifadə edərək içməli su almağa məcbur olurlar. Bu su “TDS” aparatlarının yoxlama nəticələrinə görə çox cod, bəzi kompanent fermentlərlə zəngin olmayan, içməyə yararsız hesab olunur. 

Gəncənin Nizami rayon ərazisində yaşayan şikayətçilər Zakir Hüseynov, Elşən Əliyev, Samir Qasımov bildirirlər ki, yaşadıqları həyət evlərində su kranlarından yosun tökülür. Yağmurlu hava şəraitində isə sakinlərə verilən suyun rəngi bulalıq və palçıqlı olur. 

Heç bir kütləvi təmizləmə, epidemiya əleyhinə profilaktika görülmədən, birbaşa insanlara verilən bu “içməli su” əslində bir çox epidemik və çöp tipli bakterial xəstəliklərin mənbəyidir. 

Şikayətçilər əlavə edir ki, hələ bu azmış kimi, “AZERSU” ASC-nin Gəncə Regional İdarəsi onlardan qanunsuz şəkildə pul tələb edir. Təbii suyun vətəndaşlara verilməsi sayğacsız həyata keçirildiyindən, su haqları istifadəçilərdən mənzildə qeydiyyatda olan şəxslərin sayına əsasən hesablanır.

Bu da insanlarda haqlı narazılığa səbəb olur. Hazırda Gəncədə insanların xarici ölkələrə, respublikanın paytaxtına kütləvi şəkildə daxili və xarici miqrasiyası prosesi gedir. Yəni, mənzillərin çoxu boşalıb, yaşayış olan ev və mənzillərin çoxunda isə qeydiyyatda olan şəxslərin böyük çoxluğu yaşamır. Bu isə o deməkdir ki, insanlar verilən sudan da istifadə etmirlər! Su idarəsinin əməkdaşları isə, bu faktı nəzərə almırlar. 

Küçə üçlükləri və Mənzil İstismar Sahələrinin verdikləri yaşayışçılar haqda ərizəni də qəbul etməkdən imtina edirlər. Çünki o ərizələrdə faktiki yaşayanların siyahısı yer alır, qeydiyyatda olan şəxslərin yox. 

Sayğaclaşdırma işləri tamamlıqla aparılmaması, faktiki olaraq yaşayan insanların sayının nəzərə alınmaması vətəndaşları böyük və ödənilməsi çətin, həm də ədalətsiz olan borc qarşısında qoyur. 

Bu suallara aydınlıq gətirmək istəməyən “AZERSU” ASC-nin Gəncə Regional İdarəsinin əməkdaşı Pərviz Vəliyev deyir ki, problem sakinlərdədir. Onlar su pullarını vaxtında ödəmək istəmədikləri üçün bəhanə uydururlar. 

Cahan.info aktualinfo.org-a istinadla xəbər verir ki, 1997- 2001 -ci illərdə Gəncədə Gömrük İdərəsinin rəisi işləməsinə baxmayaraq şəhərə o qədər də yaxından bələd olmayan Niyazi Bayramov şəhərdəki məlum olaylardan sonra ehtiyyatla davranmağa daha çox üstünlük verir. 

Odur ki, hələ də kəşfiyyat aparan Niyazi Bayramovun ixtisar paketindən kimlərin çıxacağı məlum deyil. Məlum olanlardan biri Gəncə şəhər Gigiyena və Epidemioloğiya Mərkəzinin direktoru Nizami Əhmədovdur. 

Adıçəkilən şəxs sabiq başçı Elmar Vəliyevin Gəncədə etdiyi ilk dəyişikliklərdən sonra şəhər Gigiyena və Epidemioloğiya Mərkəzinə Kürdəmirdən gətirdiyi İlqar Əliyevin yerində çoxdan işləməsə də, qısa müddətdə kifayət qədər ad çıxara bilib. 

Bu adın nə dərəcədə yüksək olub olmamasını təbii ki, artıq yeni olmayan İcra başçısı da bilir. Elə bu səbəbdən də Nizami Əhmədov başçının çıxdaş siyahısına düşmək təhlükəsi ilə hələ də üzbəüz qalmaqdadır.

Bəs necə olub ki, Nizami Əhmədov bu siyahıya düşüb. Barəsində olunan çoxsaylı şikayətlərə və şəhərdəki yarıtmaz işlərinə görə Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində baş verən qanunsuzluqlar barədə məlumatlar əldə ediblər. 

Məlumatda göstərilir ki, Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinin direktoru Nizami Əhmədov mərkəzi açıq bazara çevirib. 

Məlumatda iddia olunur ki, gigiyena və epidemiologiya mərkəzinin işçiləri Respublika Prezidentinin qaninsuz yoxlamaların dayandırılması ilə bağlı verdiyi fərmana baxmayaraq gizlin yollarla hər ayın axırında şəhər ərazisində olan bir çox iaşə və ticarət obyektlərindən, qəssablardan və mağazalardan pul yığır. 

Məlumata görə buradan əldə etdiyi qazanc Nizami Əhmədovun başqa yollarla əldə etdiyi gəlirlərin çox az bir hissəsidir. 

Belə ki, Nizani Əhmədov Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzinə il ərzində dərman preparatlarının, ehtiyat hissələrinin, sürtkü materiallarının, digər mal-materialların, mətbəə xidmətlərinin, dəftərxana və təsərrüfat mallarının, dərman və sarğı ləvazimatlarının, ərzaq mallarının, cari təmir üçün mal-materiallarının, xüsusi geyim və yumşaq inventarların satın alınması üzrə keçirilən tenderlərdən “otkat” yolu ilə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə yol verib. 

“Otkat” isə kağız üzərində yaradılmış hər hansı bir firmaya görüləcək işlərin müqabilində ödənilən məbləğin nəğdləşdirildikdən sonra yarısının geri qaytarılmasına deyilir. 

Məlumata görə məhz bu yolla Nizami Əhmədov artıq Gəncədə rəhbərlik etdiyi qurumun vəsaitlərini mənimsəməkdə, talan etməkdədir. Hesab edirik ki, Gəncə şəhər Gigiyena və Epideomiologiya Mərkəzində köklü yoxlamalara ehtiyac duyulur.

Related Articles

050-295-94-79
top