YENİ İCTİMAİ TƏŞKİLAT TƏSİS OLUNDU

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Yeni hüquq müdafiə təşkilatı – ” İnsan hüquqları və media” İctimai Birliyi təsis edildi.

Bu barədə birliyin sədri Cavid Şirəliyev Sozcu.az-a məlumat verərək bildirib ki, ölkədəki ictimai-siyasi və sosial problemləri araşdırmaqdan ötrü yeni ictimai birliyin yaranması zərurəti meydana çıxdığına görə bir neçə ictimai fəalla “İnsan hüquqları və media” ictimai birliyini (İHM) təsis etdik.

“Məqsədimiz insan hüquqlarını müdafiə etmək, medianın problemlərini araşdırmaq və inkişafına dəstək vermək, söz və mətbuat azadlığının qorunmasından ötrü davamlı iş aparmaq, siyasi məhbuslara dəstək olmaq, habelə ölkədəki ictimai-siyasi və sosial durumu təhlil etmək, həbsxanalardakı problemlərin araşdırmalarını sistemləşdirərək nəticələrini ölkə və dünya ictimaiyyətinə çatdırmaq, əhali arasında marifləndirmə işi aparmaq və göstərilən istiqamətlərdə hesabatlar hazırlamaqdan ibarətdir”-deyə o qeyd edib.

Related Articles

050-295-94-79
top