Deputat Rəbiyyət Aslanovanın oğlunun da Almaniyada biznesi üzə çıxdı

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Prezident Administrasiyasının sabiq şöbə rəisi, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Almaniyada da biznes qurub.Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz ”facebook” səhifəsində yazıb.
Elnur Aslanov ALKEL INSHAAT SANAYE VE TIJARET AG şirkətini 2017-ci ilin iyul ayının 28-də 50 min avro nizamnamə kapitalı ilə Charlottenburg (Berlin) ədliyyəsində qeydiyyatdan keçirib və HRB 191395 B saylı lisenziya alıb. PA-nın keçmiş şöbə müdirinin Almaniyadakı şirkəti əvvəlcə Ballenstedter str D-10709, Berlin ünvanında qeydiyyata alınıb. Hazırda Berlinin POTSDAMER STR. 92, D-10785 ünvanında yerləşir.
Şirkət torpaq, ərazi alışı, satışı, daşınmaz əmlak idarəçiliyi və inşaat sektorunda fəaliyyət göstərir. Şirkəti 16 mart 2018-ci ildən Elnur Aslanovun Vilnüsdə yaşayan Fəxrəddin Qəmbərov adlı dostu idarə edir.
Jurnalist qeyd edir ki, bundan əvvəl Elnur Aslanovun Amerika və Səudiyyə Ərəbistanında biznes qurduğu, PayZəkat ödəmə sistemi yaradaraq ianələr yığması barədə məlumatları yaymışdım.

REPORTYOR.info

Related Articles

050-295-94-79
top