“Azərsu” sədrinə müraciət: “Halal maaşınızdan 50 manat verin, su idarəsi vintil alsın”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Hal-qəziyyə belədir ki, “Azərsu” ASC dəyəri 50 manat olan vintili ala bilmir, bu üzdən də qəza vəziyyətinə düşmüş xətdən axan su ətrafdakı evlərin zirzəmisini basıb.

Biləcəridən Bizimyol.info-ya daxil olan məlumatda bildirilir ki, Məlikaslanov küçəsi 1-ci döngədə ümumi kollektorda xətlərdən biri sıradan çıxıb. Artıq həftələrdir ki, axan su ətrafdakı evlərin zirzəmisini basır.

Əhali də “üzünə üz qaralığı çəkib” qaynar xətt, “soyuq xətt” bilmədən hamısına zəng ediblər. 562-14-17 nömrəsinə də 150-200 dəfə zəng edəndən və uzun-uzadı minnətdən sonra nəhayət, bu gün hava qaralandan sonra “Azərsu” ASC-nin qəza xidməti əraziyə gəlib. “Afərin! Uraaa! Gəldilər! İndi düzələcək!” sədalarının ardınca qəza xidmətinin əməkdaşı deyib ki, bəs bu xəttin “ağzını yummaq” üçün vintil lazımdır və onun da qiyməti 50 manatdır. Camaat da maraqlanıb ki, bəs bu vintili siz almalı deyilsinizmi? O da soruşub ki, hanı 50 manat, necə alım?

“Xam” camaat fikirləşib ki, əgər qəza vəziyyəti heç kimin həyətində deyilsə, ümumi kollektorda yaranıbsa, təmirin xərcini “Azərsu” çəkməlidir. Amma bu qurumda 50 manat nə gəzir ki, təmir eləsin. 50 manatları olsaydı, daha əraziyə niyə gəlirdilər ki, gedib yaxınlıqdakı kafelərin birində orurardılar.

Odur ki, qəsəbə sakinləri qərara gəliblər ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova müraciət etsinlər: “Cənab Sədr, xahiş edirik, halal maaşınızdan 50 manat ayırasınız ki, su idarəsi vintil alsın və bizim evlərimiz başımıza uçmasın. Əgər Sizin də pulunuz yoxdursa, onda qoy, elə evlərimiz başımıza uçsun. Təki Siz gücə düşməyin”.

Related Articles

050-295-94-79
top