4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Əlixan Zeynalov “Hacı Mazanın” güdazına gedir?

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Şirvan şəhəri 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Əlixan Zeynalov yaxın günlərdə isdən azad olunacaq.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Bəri başdan onu qeyd edək ki, Əlixan Zeynalov Masallının tanınmış iş adamllarından olan, adı daha çox kriminal qalmaqallarda hallanan və nəhayət həbs təhlükəsi ilə üz-üzə qalan, Masallıdakı “Viləş” otelinin sahibi, hamının Hacı Mazan kimi tanıdığı Ramazan Zeynalovun qardaşıdır. Mənbənin iddialarına görə, Ə. Zeynalovun adı hələ Lənkəranda işlədiyi dövürdə hər cür korrupsiya əmələində hallanıb.

Nəzərinizə çatdıraq ki, Əlixan Zeynalovun Lənkəran MERO-sundan çıxarılması Lənkəranda toy-bayram kimi qarşılanmışdır. Mənbə daha sonra əlavə edir ki, Əlixan Zeynalov bir zamanlar avtomobillərə saxta sənədlər belə verib və məhz bu saxtakarlığına görə Lənkəran MERO-su ilə vidalaşmağa məcbur olub. Əldə etdiyimiz son məlumatlara görə, Hacı Mazan kimi tanınan Ramazan Zeynalov həbs olunacaqsa qardaşı Ə. Zeynalov dərhal işdən qovulacaq.

Və bundan sonra MERO rəisi ilə bağlı dərin araşdırmalar gedəcək. Xatırladaq ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi Bayram Mazan oğlu Zeynalov tutduğu vəzifədən azad olunub. Məhz bu amil Zeynalovları dərindən düşündürməyə bilməz. Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın.

Related Articles

050-295-94-79
top