Niaqara şəlaləsi dondu – 55 dərəcə şaxta var

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

ABŞ-da soyuq hava 6 can aldı

Kanada ilə ABŞ-ın sərhəddində yerləşən Niaqara şəlaləsi donub. İstiPress-in məlumatına görə, buna səbəb  güclü şaxtalardır.

Kanada milli meteorologiya xidmətinin məlumatına görə, ötən həftənin sonundan başlayaraq ölkədə ekstrimal hava şəraiti müşahidə edilir. Termometrlər -30 -40, bəzi yerlərdə isə -55 dərəcə şaxta göstərirlər.

Xatırladaq ki, şəlalə bundan öncə də bu bölgə üçün xarakterik olmayan şaxtalar səbəbindən donmuşdu.

Sərt şaxta insan təlafatına da səbəb olub. ABŞ-da artıq 6 nəfər soyuq havanın qurbanı olub. Nyu-York, Bostonda havanın temperaturu -30 dərəcəyə çatıb. 

Related Articles

050-295-94-79
top