Gədəbəy təhsil şefinin “unutqanlığı” – Gədəbəydə məktəblərin tikintisi sir olaraq qalır…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Rəsmi sənədlərə görə, 2013-2014-cü illərdə rayonun ümumtəhsil ocaqlarının əsaslı və cari təmir işləri ilə məşğul olan “Rinat – EL” Məhdud Məsuliyyətli Cəmiyyəti qeybə çəkilib?! Bir müddət öncə Gədəbəy Rayon İcra hakimiyyətinin sabiq başçısı Ramiz Yediyarovun fəaliyyətinin araşdırılması məqsədi ilə 3 idarənin müştərək yoxlamalara başladığı xəbəri yayılmışdı. Yayılan informalsiyalarda bildirilirdi ki, Korrupsiyaya qarşı mübarizə idarəsi , Maliyyə Nazirliyi, Hesablama Palatası təftiş komissiyasının yoxlamaq üçün gəlmiş müfəttişləri rayonun təhsil şöbəsinin müdiri Baxış Nağıyevin bahalı villasında gecələmiş, sonra isə paytaxta qayıtmışlar. Hər hansı bir rayonun keçmiş icra başçısının fəaliyyəti araşdırılırsa, gələn yoxlama komissiyasının niyə təhsil şöbəsinin müdirinin evində gecələmələri, orda yeyib-içmək, məclisləri qurmaqları bizə də maraqlı gəldi. Axı keçmiş icra başçısının fəaliyyətindəki pozuntuların aşkarlanmasının təhsil şöbəsinin müdirinə nə dəxli ola bilər ki?

Qeyd edək ki, Ramiz Yediyarov ömür boyu vergilər sahəsində müxtəlif vəzifələrdə işləyib. Baxış Nağıyeviin isə bu yoxlamalar zamanı narahatlığına səbəb odur ki, keçmiş icra başçısı ilə birlikdə, külli miqdarda vəsaitin müqabilində, qabaqcadan əlbir olaraq keçirdikləri şübhəli dövlət satınalmalarının izini hələ də itirə bilməyiblər. Beləki, apardığımız araşdırmalar zamanı məlum olub ki, 2013-cü ildə, Baxış Nağıyevin təhsil şöbəsinə təyinatından sonra iki il ardıcıl, yəni 2013-2014-cü illərdə rayonun ümumtəhsil məktəblərinin binalarının əsaslı və cari təmir işlərinin satın alınması üzrə keçirilən müsabiqələrin qalibi olan şirkətlərin işi yarıtmaz olsa da, özlərinin izi-tozu yoxdur.

Necə deyərlər it də gedib, ip də… Apardığımız araşdırmalar zamanı məlum olub ki, təkcə 2013-2014-cü illərdə təmir işləri üzrə keçirilən, ümumi məbləği 290 940,72 manat (iki yüz doxsan min, doqquz yüz qırx manat, yetmiş iki qəpik) dəyərində müsabiqələrin qailibi olan “Rinat-EL” MMC barəsində rəsmi mənbələrdə heç bir məlumat tapmaq olmur.

Rəsmi sənədlərə əsasən məlum olur ki, “Rinat-EL” MMC 2013-cü ildə: – əsaslı təmir işlərinin satın alınması üçün – 110 376 manat ( yüz on min üç yüz yetmiş altı); – cari təmir işlərinin satın alınması üçün isə – 90 451, 41 manat (doxsan min dörd yüz əlli bir manat, qırx bir qəpik); 2014-cü ildə isə: – cari təmir işlərinin satın alınması üçün – 90 113,31 manat ( doxsan min yüz on üç manat, otuz bir qəpik) dəyərində müsabiqələrin qalibi olub. Maraqlıdır ki, Vergilər Nazirliyinin rəsmi saytında yerləşən kommersiya qurumlarının dövlət reyestri məlumatlarının bazasında belə bir şirkət barədə heç bir informasiya tapılmır.

Mütəxəssislərin fikrinə görə, şirkət ləğv onunanda, bazadakı materialları tapmamaq mümkündür. Belə çıxır ki, dövlət büdcəsindən xərclənən üç yüz minə yaxın məbləğin, daha dəqiq desək, 290 940,72 manatın (iki yüz doxsan min, doqquz yüz qırx manat, yetmiş iki qəpik) aqibəti bilinmir. Bu pulun israfı müqabilində hansı məktəblərdə, hansı işləri, kimlərin necə həyata keçirdiyi böyük sual altındadır.

Mövzu ilə bağlı Gədəbəy Rayon təhsil Şöbəsinin müdiri Baxış Nağıyevlə əlaqə saxladıq. O, saytımıza verdiyi açıqlamasında bütün satınalmaların şəffaf keçdiyini, bildirsə də, şirkətin barəsində bildiklərini unutduğunu söylədi: “Bütün yazılan məbləğlər, qəpiyinə qədər təyinatı üzrə xərclənib və Maliyyə Nazirliyi tərəfindən hər şey yoxlanılıb. O qədər şirkətlər, o qədər satınalmalarda qalib olub ki, yadımda qalmayıb, xatırlamıram.” Maraqlıdır ki, rayonun təhsil şefi bu təmir işlərinin hansı məktəbdə olduğunu da unutduğunu, heç birini xatırlamadığını bildirir.

REPORTYOR.info

Related Articles

050-295-94-79
top