ARZU ƏLİYEVANIN ÖZƏL GÜNÜ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın 30 yaşı tamam olur.
Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olub.
1995-2006-cı illərdə Bakıda 160 saylı tam orta məktəbdə, daha sonra isə İsveçrə və Böyük Britaniyada təhsil alıb.
2015-ci il mayın 9-da Arzu Əliyevanın “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, 2016-cı il yanvarın 22-də isə layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” adlı sənədli filmləri təqdim olunub.
Arzu Əliyeva 2011-ci il sentyabrın 3-də azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə qurub. Cütlüyün iki övladı var.
Qeyd edək ki, bir çox məşhurlar sosial şəbəkədə Prezidentin qızı Arzu Əliyevanı təbrik ediblər.

Related Articles

050-295-94-79
top