Palatanın “Qaçqınkom”dakı yoxlaması… – Əli Həsənovun köməkçisi Mia.az-a açıqlama verdi

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

2019-cu il 21 yanvar tarixdə xəbər saytlarında Hesablama Palatasının “Qaçqınkom”da apardığı yoxlamalarla bağlı mətbuatda yayılan xəbərlərə Baş nazirin müavini, keçmiş komitə sədri Əli Həsənovun köməkçisi tərəfindən aydınlıq gətirilib.
Baş nazir müavini Əli Həsənovun köməkçisi Ramin Taliblı Mia.az-a verdiyi açıqlamada “Əli Həsənovun başı dərddə: “Qaçqınkom”dakı ciddi pozuntular prokurorluğa göndərildi…” başlıqlı yazılarda qeyd olunanların doğru olmadığını deyib: 
“Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna yalnız 15 tələbənin təhsil ödənişlərindən azad olunmaları üçün kənar şəxslər tərəfindən dələduzluq yolu ilə düzəldilərək  verilmiş məcburi köçkün vəsiqələrinin araşdırılması ilə bağlı məsələ  göndərilmişdir”.
Baş nazirin köpməkçisi bildirib ki, qeyd etdiyi məlumat Hesablama Palatası ilə dəqiqləşdirilib.
Mia.az

Related Articles

050-295-94-79
top