Nazir regional idarələrdə dəyişiklik etdi – Yeni təyinatlar

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.

Mia.az nazirliyə istinadən xəbər verir ki, nazir Əbülfəs Qarayevin əmri ilə nazirliyin Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub: “Digər əmrilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib”.

Related Articles

050-295-94-79
top