Qaçaqmal, xora, nəmişlik… “Molfix” uşaq bezləri haqda şok iddialar

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Molfix” uşaq bezlərinin keyfiyyətsizliyi barədə kütləvi şikayətlər var

Cahan.info-nun xəbərinə görə,
 sosial şəbəkələrdə bu məhsulların bayıra maye sızdırdığı, uşaqların nəmişlik içində qaldığı bildirilir. 

Baha qiymətə təklif olunan bu cür uşaq bezlərinin əksəriyyəti keyfiyyətsizdir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov moderator.az-a deyib ki, Azərbaycana qaçaqmalçılıq yolu ilə çoxlu sayda keyfiyyətsiz uşaq bezləri gətirilir:

“Bizə uşaq bezlərinin keyfiyyətsizliyi ilə bağlı hər ay iki-üç dəfə vətəndaşlar tərəfindən şikayət daxil olur. Bunlar Azərbaycana kontrabanda yolu ilə gətirilən və qeyri-qanuni istehsal olunan uşaq bezləridir. 

Azərbaycan bazarının təxminən iyirmi beş faizini bu cür uşaq bezləri təşkil edir və bunun da topdan və pərakəndə satışı “Sədərək” ticarət mərkəzində həyata keçirilir”. 

Bir müddət əvvəl də uşaqlarda səpkilər əmələ gətirən və narahatlıq yaradan “Molfix” almamağa çağırış olunmuşdu. 

Həmin valideyn bildirmişdi ki, 7 aylıq körpəsinə aldığı 4 nömrə bez uşaqda səpkilər, yaralar əmələ gətirib. Buna görə aldığı bezlərdən imtina edərək zibil qutusuna tullamalı olub. 

Ümumiyyətlə, uşaq bezləri bazarında keyfiyyətsiz mçəhsullar satılır. Məsələn, “Pampers” uşaq bezləri və bəzi uşaq qidalarını qeydt etmək olar. 

Bu məhsulları ölkəyə gətirən “Diplomat-1” firmasıdır və onun da rəhbəri sabiq deputat Aslan Cəfərovdur. 1973-cü il təvəllüdlü Cəfərov deputatlıq fəaliyyətindən uzaqlaşdırıldıqdan sonra biznesinin başına qayıdıb. 

O da qeyd olunur ki, Aslan Cəfərov uşaq bezləri biznesində monopoliya sahibidir. Lakin Cəfərovun bu sahədə rəqibləri də çoxalıb.
Politilen( Polyethylene)-bezin üst təbəqəsini təşkil olunduğu maddədir, zərərsiz olması iddia olunur.

Xlor və Dioksin( Chlore )-bezlərin iç hissəsinə ağ rəng vermək üçün istifadə edilir. Heyvanlar üzərində aparılan araşdırmalarda dioksin maddəsinin hormonal sistemdə dəyişikliklər yaratdığı, imumteti zəyiflətdiyini və sonsuzluğa səbəb olması təsdiq edilib. 

Uzun müddət istifadə zamanı xərçəng riskini yaratması da düşünülür. Dioksin yalnız uşaq bezlərində deyil istifadə etdiyimiz bəzi qidalarda da var. 

Xüsusəndə heyvan qidalarının yağlı hissəsində. Araşdırmalara görə körpənin ana südü ilə aldığı dioksin bezlə təmasdan aldığı dioksindən dəfələrlə çoxdur. Boya maddələri-zərərsizdir,bəzi hallarda allergik reaksiyalara səbəb ola bilər. Parfüm-zərərsiz olaraq qəbul edilir. 

Ticarət sirri olduğu üçün bezlərdə istifadə edilən parfümlərin tərkibi haqqında məlumat yoxdur. Allergik reaksiyalara səbəb olar bilər. Belə halda ətirsiz olan bez markalardan istifadə edə bilərsiz.

Ümumiyyətlə, bezlərin körpələrə ziyanlı olması haqqında dəqiq tibbi araşdırmalar yoxdur. Buna görə də körpələriniz üçün istifadə etdiyiniz bezlərin keyfiyyət sertifikatının olmasına diqqət edin. 

Keyfiyyətsiz bezlər dəri zədələnməsinə- dermatidə səbəb olur. Bezlərin istifadə müddəti də önəmlidir. 

Normal şərtlər altında bezlərin saxlama müddəti iki ildir. Bezin tərkibində olan maddələr qeyri-düzgün saxlama şəraitində tez sıradan çıxır və bu da körpəniz üçün daha ziyanlı ola bilər. 

Bəzi analar isə qənaət üçün körpələrin bezlərini daha uzun müddətdən bir dəyişirlər ki, buda bezin tərkibində olan maddələrin körpələrə mənfi təsirini artırır. 

Ticarət sirri olduğu üçün bezlərin tərkibindəki maddələrin gizlədilməsi, onların insan sağlamlığına vuracağı ziyanların bilərəkdən araşdırılmaması faktları da inkar edilmir. 

Hazırda bazarda öz istehsalçısna küllü miqdarda gəlir gətirən və böyük satış şəbəkəsinə sahib olan bezlərin körpələrə vurduğu ziyanın dərəcəsi hələ də sual altındadır.

Related Articles

050-295-94-79
top