“Hell” enerji içkisinin qiyməti niyə ucuzlaşdı?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bazarı zəifləyən şirkətin bahalaşma manipulyasiyası bumeranq effekti verdi; bu içkilər böyrək çatışmazlığı və infarkt yaradırmış…

Azərbaycanda energetik içkilərin qiyməti yenidən əvvəlki məbləğə qaytarılıb. “Hell” və “Bizon” adlı energetik içkilər hazırda köhnə qiymətlərlə satışdadır.

Çünki rəqiblər, xüsusilə “Bizon” qiyməti daha az artırmışdı və bu da satışa təsir göstərirdi. “Hell” məcbur oldu ki, qiyməti əvvəlki səviyyəyə salsın.

Fevraldan qiymət artımı onsuz da olacaq. Çünki aksiz vergisinin tutulmasına başlanacaq. Odur ki, 2 manata qaldırılmış “Hell” əvvəlki qiymətinə  – 1 manata salınıb.

“Hell Energy”nin bu məhsulları paylayan piar meneceri Müşviq İskəndərov feysbukda status yazmışdı ki, yeni aksiz vergisi tətbiqinə başlamadan təxirə salındığı üçün qaldırdığımız qiyməti aşağı saldıq.

REAL TV əməkdaşı Mahir Məmmədli ondan soruşub ki, idxal xərciniz artmadan qiyməti niyə artırdınız: “Axı xərciniz hələ artmamışdı?! Amma sualımı sildi. Fürsətcil şirkətlərə hər zaman sözünüzü birbaşa deyin, onlardan imtina edin.  Gördülər ki, bazar öldü, qiyməti saldılar və müştərilərə minnət yükləməyə başladılar. Mən də bu günə qədər ”Hell” alıcısı idim”.

Almaniyada həkim işləyən Rəşad Museyibzadə yazıb ki, enerji içkilərinin tərkibində yüksək miqdarda kofein var, bu isə insanı bir müddət gümrah və diqqəti daha yaxşı toplamasına kömək edir: “Bu, sadəcə, müsbət tərəfidir. Mənfi tərəfləri isə həddən artıqdır. Enerji içkiləri hamilə qadınlara, uşaqlara və yetkinlik yaşına çatmayan (16-18 yaş) gənclərə məsləhət görülmür. Hətta bir neçə ölkədə uşaqlara və yetkinlik yaşına çatmayan gənclərə enerji içkilərinin satışı qadağandır. Almaniyada da müxalif partiyalardan biri bu qanunu təklif edib.

Enerji içkilərinin zərərli tərəfləri: yuxu pozuqluğu, əsəb sisteminin pozuqluğu, baş ağrısı, mədə-bağırsaq sisteminin xəstəlikləridir”.

Onun dediyinə görə, bu içkilərin asılılıq yaratması da mənfi tərəflərindən biridir: “Başlarda bunu hiss etmək olmur, amma bir müddət sonra gün ərzində 3-4 enerjisi içkisi içdiyinizi fərq edəcəksiniz.

Enerji içkilərinin bir zərərli tərəfi də orqanizmdə suyun normadan artıq itirilməsinə səbəb olur. Susuzluq zamanı istifadə olunan enerji içkisi həm orqanizmə su tələbini azaldır, həm də əlavə suyun itirilməsinə səbəb olur.

İnsan isə gün ərzində 2-3 litr su qəbul etməlidir. Enerji içkilərinin spirtlə birlikdə istifadəsi də məsləhət görülmür. Xüsusilə idmanla məşğul olan şəxslər, idmandan sonra enerji içkilərindən uzaq dursalar yaxşı olar.

Çünki bu içkilərin istifadəsi ürəyin ritm pozuqluğuna, böyrək çatışmazlığına, infarkt kimi xəstəliklərə səbəb olur. Sözsüz ki, heç kimin içdiyinə və yediyinə qarışmaq niyyətimiz yoxdur.

Amma uşaqlarımızı, gələcək nəsilləri qorumaq lazımdır. Xüsusilə Bakıda onsuz da yaşıllıq yoxdur, ürək xəstəliklərinin sayı artıb, bir də özünüzə bu içkilərlə ziyan vurmayın”.

R.Museyibzadə bildirib ki, azərbaycanlıların ən böyük düşmənlərindən biri “Hell” içkisi və onun  reklamını edənlərdir:“İçməyin, özünüz cəhənnəm, gələcək nəsillərə yazığınız gəlsin”. E
“Yeni Müsavat”

Related Articles

050-295-94-79
top