Şirkət rəhbəri ilə bağlı iddia: İntihar etməyib, öldürülüb

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“İrşad” Telekomun ötən il gənc yaşında dünyasını dəyişən təsisçisi və rəhbəri İrad Hacıyevin ölümü işi ilə bağlı qəbul edilən qərar ailənin narahatlığına səbəb olub.Bu barədə İ.Hacıyevin qohumu, hüquq müdafiəçisi Mətanət Əzizova onun ölümünün intihar kimi qiymətləndirilməsinə etiraz edib.Hacıyevin əmisi qızı bildirib ki, iş adamının ölümü yenidən araşdırılmalıdır.O iddia edib ki, Hacıyevi öldürüblər: “İrad Hacıyev əmim oğludur. “İrşad” Telekomun təsisçisi və rəhbəri idi. Ayrı uğurlu biznesləri də var idi. Son vaxtlar anasının sağlamlığı ilə məşğul idi.Ümumiyyətlə, anasına çox bağlı idi. Ölüm günündən 2 gün sonra anasını İsrailə növbəti müayinəyə aparacaqdı. Biletləri də əlində idi. Şəxsi həyatı isə şəxsi həyatdır, öz sevincləri və kədərləri ilə. Və birdən bu insan həyatdan yox oldu, 4 ay əvvəl müəmmalı şəkildə rəhmətə getdi.KİV-lər müxtəlif versiyalar yazdı, istintaq getdiyi üçün qohumlar susdu ki, nəyəsə mane olmayaq. Ancaq gərək susmazdıq. Çünki İrad Hacıyev intihar etməyib, İrad Hacıyevi öldürüblər və maraqlı şəxslər bunu ört-basdır etməyə çalışır”.M.Əzizova bildirib ki, İradın ölümü araşdırılan zaman evdən heç bir əl izi götürülməyib: “İradın meyitini evdə tapırlar, ancaq evdə heç bir istintaq addımları atılmır, hadisə yerindən əl izləri götürmür, yaxın qohumların ifadəsi dinlənilmir, hətta yaxın qohumların onlara təqdim etdiyi versiyalar araşdırılmır. Rəsmi sənəddə İradın ölüm səbəbi kimi intihar yazılıb. Kimlərsə maraqlı idi onun ölümündə. İradın biznesi və pulları kimə maraqlı idisə, onlar da onu öldürüb”.1978-ci il təvəllüdlü Hacıyev İrad Ağahüsyn oğlunun 14 sentyabr tarixindəı yaşadığı evdə meyiti aşkar edilib. Onun intihar etdiyi rəsmən açıqlanıb.///axar.az

Related Articles

050-295-94-79
top