BİLİCİ QUŞ DİMDİYİNDƏN İLİŞƏR… – VƏ YAXUD DGK SƏDRİNİN TƏKCƏ 3 DÜZÜ YOX, BÜTÜNLÜKDƏ ONU APARACAQ SƏHVİ…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm”… Xatırlayırıq və özü də yaxşı xatırlayırıq… Bu sözlərin müəllifi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. O Səfər Mehidyev ki, ilk dəfə deyildi siyasi səhv edirdi… buna qədər də “mən xəyanəti və rüşvəti bağışlamıram” demişdi. Və əslində “xəyant-rüşvət” deyərkən özünə sadiq olmayanları bağışlamadığını ifadə etmişdi. Yəni hər şey sonradan gün kimi aydın olmuşdu.

İndi də gün kimi aydın olur… HƏR ŞEY! Bu barədə danışan məlumatlı mənbə bildirir ki, “ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm”, deməsilə Səfər Mehdiyev əslində özü barəsində “yuxarılarda” ciddi bir mənfi reputasiya formalaşdırıb. Daha dəqiqi, barəsində olan neqativləri qətiləşdirib.

Mənbənin bu barədə söylədikləri:

“Bu vaxta qədər əgər onunla bağlı müəyyən tərəddüdlər var idisə, indi tam net bir qənaət var. Adam siyasi baxımdan tam olaraq səbatsızdır və bu çatışmamazlılığı nəhayətdə onunla bağlı bir qərarı belə qüvvəyə mindirə bilər”.

Mənbə xatırladır ki, buna qədər də ayrı-ayrı məmurlara müstəqil olaraq mediaya açıqlama vermələri qadağan edilmişdi: “İndi də anoloji qərar DGK sədri barəsində çıxarıla bilər. Çünki “ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” ifadələri çox ciddi ünvanlarda tamam fərqli ampluada xarakterizə olunmaqdadır”.

Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq… 

DİA.AZ

Related Articles

050-295-94-79
top