Ölkədə öskürək epidemiyası: firmalardan xalqa “terror”, apteklərə bonus…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Ölkədə yeni epidemiya yayılıb

Cahan.info xəbər verir ki,
 bu virus əsasən Bakını əhatə edir. Şəhərdə kültəvi şəkildə uşaqdan böyüyə qədər əksəriyyəti bronxit xəstəlikdən əziyyət çəkir. Bu proses quru öskürəklə başlayır və sürətlə virus dərinləşir.

Bu epidemiya həftələrlə müşahidə olunan öskürək, boğulma, bəlğəm hallarıdır. Uşaqlarda xüsusi ilə müşahidə olunan bu xəstəlik ciyərlərdə iltihab yaradır.

Dərmanların keyfiyyətsizliyi də öz yerində qeyd olunmalıdır, çünki bir kurs müalicə effekt vermir. Vətəndaşlardan birinin saytımıza dediyinə görə, dərman firmaları Yeni il kampaniyası başladıb. 

Şirkətlər “Fibrom”, “Efibro”, “Fluditeks” və s. siropları çox satan apteklərə hədiyyə verəcək. Görünür ki, yayılan virusdan apteklər və dərman firmaları biznes maraqları üçün istifadə edirlər. Ona görə vəziyyətdən sui-istifadə edirlər. 

Həmin siroplar isə keyfiyyətinə görə dərhal müsbət nəticə vermirlər və onları satdırmaq lazımdır. Ona görə əhaliyə belə bir epidemik “terror” həyata keçirilir. 

Bir neçə gün davam edən quru öskürək sonradan bəlğəmli və kəskin öskürəyə çevrilir. İkinci həftə isə öskürək boğulmalarla müşahidə olunur. 

Heç bir temperatur yüksəlməsi müşahidə edilməyən bu virusa yoluxan şəxslərə təyin edilən müalicə üsulu effekt vermir. Hətta həkim nəzarəti ilə tətbiq edilən müalicə də uzun müddət təsir göstərmir.

Mütəxəssislərin fikrincə, öskürəyin uzun müddət davam etməsi və müalicələrə cavab verməməsi onun allergiya ilə əlaqədar olması ehtimalını yaradır. 

Ancaq valideynlər adətən öskürəyin hər hansısa vuris və soyuqdəymədən, yoxsa allergiyadan olduğunu müəyyən edə bilmirlər. Bu da uşağın uzun müddət müalicə olunsa belə, sağala bilməməsinə səbəb olur.

Pediatr Altay Abdullaoğlu bildirib ki, son illər ümumiyyətlə allergik uşaqların sayında kəskin artım olduğundan əksər valideynlər adi öskürəklə allergik öskürəyi qarışdırır:

“Çox təəssüflər olsun ki, son zamanlar allergiya və allergik xəstəliklərin – astma, allergik bronxitin sayının artığını görürük. Bu vəziyyətin inkişafına təsir edən bir sıra risk faktorları var ki, buna ən çox təsir edən ekologiyanın çirkliliyidir. 

Sübut olunub ki, şəhər mühitində yaşayanlarda bu xəstəliklər kənddə yaşan insanlara (uşaqlara) nisbətdə daha yüksəkdir. Anaların hamiləlik zamanı antibiotik və bir sıra dərmanlardan istifadəsi də uşaqda anadangəlmə allergiya yaradır. 

Həmçinin hamiləlik zamanı və həyatın ilk bir ili ərzində siqaret tüstüsünə məruz qalmaq da bu riski dördqat artırmaqdadır. Keysəriyyə üsuli ilə doğulan və yarımçıq körpələrdə bu risk faktoru böyükdür”.

Həkim bildirib ki, hər öskürən uşaq allergikdir anlamına gəlmir. Ancaq diqqət edilməli məqamlar var: “Həyatın ilk 1 ili ərzində D vitamini qəbul etməyən körpələrdə allergiya xəstəliyi daha çox müşahidə olunur. 

Anaların uşaqları həddindən artıq gigiyenik qaydalara uyğunlaşdırması da allergik fəsadlar yaradır. Gərəyindən çox steril mühitdə böyüyən uşaqlarda normal immun sistemi formalaşmır və belə uşaqlarda astma inkişafı asanlaşır. 

Bundan əlavə, fəst-fud qidalardan vaxtaşırı istifadə, antibiotiklərin düzgün olmayan qəbulu, evlərdə havalanmanın yerində olmaması kimi səbəblər bu xəstəliklərin artmasına gətirib çıxarır”.

Pediatr Vaqif Qarayev isə hesab edir ki, insanlar öncə öskürək anlayışını düzgün qavramalıdır. Həkim bildirib ki, öskürək müxtəlif xarakterdə – tək-tək, boğucu, əzabverici, quru, bəlğəmlı, tutma şəklində olur:

“Həkim əvvəl bunu müayinə etməli, sonra dərman yazmalıdır. Həkim xəstəliyin fərdi əlamətlərini bilmədən dərman təyin edə bilməz. 

Qızdırmanın olub-olmamasını öyrənmək də mütləqdir. Adi soyuqdəymə zamanı baş qaldıran öskürəyi müalicə etmək üçün demək olar ki, dərman lazım deyil. 

Bir neçə gün həmin mikrob yaşayır və öskürək keçir. Sadəcə mütəmadi olaraq burunu təmizləmək lazımdır. 

Öskürək təngnəfəsliklə müşahidə olunursa, yeməyə, yuxuya mane olursa, çox ciddi haldır. Özbaşına heç nədən istifadə etmək olmaz, təhlükəli haldır və mütləq həkim müayinəsi lazımdır”.

Related Articles

050-295-94-79
top