BNA-dan sürücülərə qarşı sensasion addım – Bakıda parkinqlərdə qiymətlər 2 dəfə qaldırıldı

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakı şəhərində parkinqlərdə qiymət artırılıb

AYDINLIQ.AZ BakuPost-a istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilmiş parkinqlərdə bu ildən qiymətlər iki dəfə artırılıb.

Məsələn, Bakıda Qış Parkında yerləşən parkinqdə bir avtomobil üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin münasibətini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, sürücülər artıq sosial şəbəkələrdə “üsyan” etməyə başlayıblar. Müxtəlif qruplarda bu barədə yazan sürücülər BNA-nın bu qərarını heç nə ilə izah etmədiyini bildirirlər.

Related Articles

050-295-94-79
top