Əli Kərimli Mehman Hüseynov “kart”ından necə istifadə edir? – Pərdəarxası…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

İndi hər kəs blogger Mehman Hüseynov ətrafında başladılan hadisədən fayda götürmək yarışındadır

Cahan.info məlumat verir ki,
 Mehmana qarşı yeni cinayət işinin açılması həmin faydagirlərə bir fürsətdir.

Mübahisəsiz, mübaliğəsiz, kimlərinsə yaxasını cırmalarına rəğmən, Mehman böyük fiqur deyil, cəmiyyəti dəyişmək gücündə deyil. Heç özü də belə məsələlərdə maraqlı deyil. Çünki onun idealları başqadır.

Mehman hər zaman bununla – bacardığı bu işlə məşğul olub. Elə Hacıbalanı danışdıranda da, Hafiz Hacıyevdən açıqlama alanda da. İndi bu siyasi olmayan, hətta istəsə belə ola bilməyən adamdan kim nə düzəltmək istəyir ki?! 

Görüntüdə guya Mehmanın azadlığı üçün əlləşir, batində isə öz nəfinə faydalanmağa cəhd edir. Beləcə Mehmanı da oyuna sürükləyirlər. Mehmanın adına yeni oyun oynamağa çalışırlar.

Cebhe.info yazıb ki, hələlik özünü büruzə verən Əli Kərimlidir. Çünki danışmaq missiyası onundur. Kərimli üçünsə qarışıqlıqdan, yalançı ajiotajdan üstün nəsə yoxdur. 

Ona görə ki, ancaq bu halda görünür və özüylə bərabər görünmək istəyənlərin də boy verməsinə təkan verir. Kütlə də inanır. Doğrudanmı onlara Mehman lazımdır? Mehmanın səhhəti, sağlıq durumu, aclığı-toxluğu maraqlıdır? Qətiyyən! 

Məgər Əli Kərimli üçün və ya həmin özünü, üzünü, izini gizləyən qüvvələr üçün Mehman xüsusi dəyərdir, İlqar Məmmədov isə həbsdə olanda Mehman qədər dəyər deyildi? 

Təbii ki, İlqar Məmmədov siyasi adam idi. Onun imkanlarının geniş olması bu adamlara, bu qüvvələrə sərf etmirdi. Heç Məmmədov özü də bu oyunlara sığışmaq istəməzdi. Ona görə də heç zaman sözdən o yana dəstək görmədi. 

Amma Əli Kərimli də, onunla eyni düşünən və əlbir olanlar və öz oyununu oynayanlar Mehmana kampaniyalı dəstək verməklə işlərini görürlər. Mehmanı isə oyuna salırlar.

Mehman Azərbaycan, cəmiyyət üçün adidən də adi insandır, qorxulu deyil, onun bu cəmiyyətdə nəyisə dəyişmək gücü yoxdur, olmayıb və olmayacaq. Çünki adam dünyaya zatən başqa iş üçün gəlib. 

İndiyə kimi bacardıqlarını edib, bacarmadıqlarını da gələcəkdə etməyə cəhd edəcək. Kiminsə villasını çəkməklə, çilçırağını (“lüstrünü”) göstərməklə siyasətçi yox, heç jurnalist də olmaq mümkün deyil. 

Məsələnin ikinci tərəfi isə daha çox üstündən sükutla keçilən teoremdir. O çilçırağı (yaxud başqa bir nəsnə olsun) kim çəkib, niyə çəkib, yaxud necə çəkib bütün bunlar cavabsız suallardır…

Yanvarın 7-də vəkil Şəhla Hümbətova Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında bloqqer Mehman Hüseynovla görüşüb. Bu barədə vəkilin özü açıqlama yayıb.

“Bu gün (yanvarın 7-də) Mehman Hüseynovla görüşdüm. Müalicə müəssəsinə köçürülməyib, 1 saylı İstintaq Təcridxanasındadır. Ombudsman Aparatının nümayəndəsi və həkimi təcridxanada onunla görüşüb. Mehman bildirdi ki, mədəsində olan ağrılara görə süd və duru süd məhsullarını qəbul etməyə başlayıb”, deyə vəkil Şəhla Hümbətova vurğulayıb.

Cahan.info xatırladır ki, yanvarın 7-də Ombudsman Aparatı da bloqqerlə bağlı açıqlama yaymışdı. Həmin açıqlamada isə Mehman Hüseynovun yemək yediyi bildirilirdi.

Vəkil Şəhla Hümbətova isə bundan əvvəl bloqqerlə yanvarın 4-də görüşmüşdü. Həmin görüşdən sonra isə vəkil Mehman Hüseynova istinadən bildirmişdi ki, bloqqer ona irəli sürülən yeni ittihama etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başlayıb. 

Şəhla Hümbətova Mehman Hüseynovun bu üzdən səhhətinin ağırlaşdığını açıqlamışdı.

Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Bu ittihamla üzləşən şəxsə 3 ildən 7 ilə kimi həbs verilə bilər. Vəkillərinin bildirməsinə görə, Mehman Hüseynovun özü ittihamı qurama sayır. O, buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını açıqlamışdı.

Onun bu üzdən səhhətinin ağırlaşdığı bildirilirdi. Ancaq Penitensiar Xidmətdən də bildirmişdilər ki, Mehman Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib, o, yemək qəbul edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. 

O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Related Articles

050-295-94-79
top