SÜRÜCÜDƏN ƏXLAQSIZ TƏKLİF ALAN QADIN MAŞINDAN ÖZÜNÜ ATDI – AZƏRBAYCANDA ŞOK BİABIRÇILIQ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Masallıda dəhşətli hadisə yaşanıb.

Hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Kənd sakini, 30 yaşlı Rəna Məmmədova (ad-soyad şərtidir) taksi ilə gedərkən sürücü ona əxlaqsız təklif edib. Bunu qəbul edə bilməyən qadın sürətlə hərəkətdə olan maşından özünü yerə atıb. Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.

Qadın bir gündən sonra özünə gəlib və ona olunan əxlaqsız təklif bir daha yadına düşüb. O, yenidən intihara əl atıb. Qadın bu dəfə çoxlu sayda güclü təsiredici həbb qəbul edərək canına qəsd edib. Həkimlərin səyi nəticəsində R. Məmmədovanın həyatı xilas edilib.

Baş vermiş hadisə ilə bağlı toplanmış materiallar Masallı rayon Prokurorluğuna göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Related Articles

050-295-94-79
top