“ŞƏRUR “MTK -İŞÇİLƏRİN ƏMƏK HAQQI KARTINI MƏNİMSƏYİR! BƏS MƏSULİYYƏT? SƏBƏB İSƏ BƏLLİ…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bayram günləri ərəfəsində ŞƏRUR Mtk-ya məxsus tikinti inşa işləri aparılan Xətai rayon H. Aslanov qəsəbəsində X. Məmmədov ünvanındakı Çoxmərtəbəli binanın tikintisi ərazisində bir qrup işçilərin haqlı narazılığının şahidi olduq. Gecə ikən növbəti mərtəbənin inşası üçün gətirilən beton məhlulunun tökülməsində iştirak edən bir sıra fəhlələr səhəri gün orada Rəhbərliyin onlara əmək haqqının gətirib ödəməsini gözləyirdilər. Uzunmüddətli gözləmə zamanı diqqətçəkən bir sıra maraqlı və təəccüb doğuran məqamlar ortaya çıxdı. Beləki, zəhmət haqlarını gözləməkdən artıq təngə gələn işçilər Şərur MTK rəhbərliyi İsfəndiyar adlı şəxsin onlara əmək haqqının plastik kartla deyil, siyahı üzrə tabel dəftərinə imza atmaqla maaşın verilməsini bildirdilər. Belə hala yol vermək isə Qanunvericiliyə əsaslı şəkildə zidd olması deməkdir. İşçilərin üzərində məsul olan şəxsin həmin vax orada olmamasını da aşkarladıq. İşçilər bildirdi ki, buradakı rəhbərimiz Bakir müəllim ofisə bizimçün maaş gətirməyə getmişdir. 

Həmin mənzərəni əks etdirən videoçarxı sizə təqdim edirik:
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayırıq.

Bakunews.Az

Ərinizin bədənindəki yağlar 3 saat ərzində əriyəcək, bunun üçün ən adi…

Related Articles

050-295-94-79
top