ƏFLATUN AMAŞOVDAN KİV-LƏ BAĞLI TƏKLİF – “KİV ÜZƏRİNDƏN ƏDV-Nİ GÖTÜRMƏLİYİK”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Kütləvi informasiya vasitələri (KİV) üzərindən Əlavə Dəyər Vergisi (ƏDV) götürülməlidir”

Bu təklifi Oxu.Az-a açıqlamasında millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov səsləndirib.

“Bildiyiniz kimi, əvvəllər KİV-lərə ƏDV tətbiq edilmirdi. Ancaq son vaxtlar müəyyən dəyişikliklər əsasında ölkəyə gətirilən çap məhsulları və eyni zamanda, qəzet kağızı da ƏDV-yə cəlb olunur.

Mən elə bilirəm ki, bu məbləğ kifayət qədər azdır, büdcə üçün ağırlıq, yük təşkil etmir.

Ona görə də KİV üzərindən ƏDV-ni götürməliyik”, – deyən millət vəkili bu yöndə təklifini bir daha parlamentin qarşıdan gələn yaz sessiyasında, o cümlədən hökumətin növbəti illik hesabatı zamanı səsləndirəcəyini vurğulayıb.

Related Articles

050-295-94-79
top