Gülər Əhmədovanın facebook səhifəsini ələ keçirmək istəyirlər

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Sabiq millət vəkili Gülər Əhmədova özünün sosial şəbəkədəki hesabında səhifəsinə hücum olduğunu yazıb

Gununsesi.org xəbər verir ki, deputat bununla bağlı qeydlərində vaxtilə onu həbs etdirən Elşad Abdullayevin adını çəkib.

Həmin qeydləri təqdim edirik:

Səhifəmi ələ keçirtmək istəyən adil olmayan şəxslərə səslənirəm. Elşadın pulu ilə yenə təxribat törədirsiniz???))). Bəs siz müxalıfətçi idiniz, nə oldu? )))Bu xalq,el-oba, sizin, elşadkimilərin pulu və diqtəsi ilə hərəkət etdiyinizi görüb başa düşür. Gəlməyəcək arxanızca…Hərçənd sizə lazım olan bu deyil. Əsas odur ki sizin müxalıfətçilik etmək üçün aldığınız pul- para tükənməsin. O da ki, tükənmir. Əslində mən savab yiyəsi oluram. Səhifəmdə elşadın Avropada mühacirlər tərəfindən paylaşılan ifşaedici materialları çap edirəm, elşadın boş başı havalanır, əli heç bir yerə çatmır, verir paranı siz də baslayırsınız köhnə palan içi tökməyə. Siz pul qazanırsınız, mən savab…. Elşad yenə qaır əliboş…

Related Articles

050-295-94-79
top