“PULUMUZ OLMADIĞINDAN ÜNVANLI SOSİAL YARDIM DA ALA BİLMƏDİK…” – AĞIR SOSİAL DURUMDA OLAN AİLƏ BAŞÇISI KÖMƏK İSTƏYİR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Prezident İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, ƏƏSMN-nin Dövlət Məşğulluq İdarəsinin rəisi Fuad Musayevə müraciət edən Şəki rayon, Baş Göynük kənd sakini Rəhimov Bayram İsmayıl oğlu yaşadığı çətin durumu qeyd etməklə yanaşı ölkə rəhbərliyindən “Özünəməşğulluq proqramına qoşulma” ilə əlaqədar müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Mən, Bayram Rəhimov Sovet dövründə uzun müddət sürücü işləmişəm. Hazırda 5 nəfərlik ailəmlə kənd təsəsrrüfatıilə bu günədək məşğul olmuşam. Son 20 ildir ki, işsizlikdən əziyyət çəkirəm. Ailədə uşaqlar da yetkinlik yaşlarına çatsalar da hamımız işsizik. Pulsuzluqdan oğul və qızımızı evləndirə bilmirik. Yazda əkinçiliklə, qışda isə bir az mədəni desək dilənçiliklə məşğuluq. Yəni, qonşulardan un, çörək, duz çay istəməkdən bezmişik. Nə edək, yoxun üzü qara olsun. Pulumuz olmadığından ünvanlı sosial yardım da ala bilmədik. Kənd camaatı bizim vəziyyəti yaxşı bilir ki, yaşamaq üçün nə qədər zülm çəkirik. Doğrudur, əvvəllər yük avtomobilim olanda çoxlu mal-qaraya baxırdım, dolanırdıq. İndi vəziyyətim o dərəcə çətinləşdi ki, ailəmə düşən pay torpağımın 1 ha-nı 2018-ci ilin əvvəlində satıb yoldaşımın müalicəsinə xərclədim. Hazırda mənim yalnız 0,73 ha yoncalıq ot sahəm qalıbdır ki, mal-qaram olmadığından onun da otunu satımaqla yaşamağa çalışıram. Həyətimdə 8 m uzunluğunda, 3 m eni olan mal tövləm var. Ot navesim də var. Amma neçə illərdir ki, bircə dana qulağı da yoxdur ki, onu tumarlayıb baxım, cüzəran edim. Hamı bilir ki, mən vaxtilə necə maldar olmuşam. Kəndimizin kənarında da 10000 ha-la örüş sahəsi olduğu halda mən indi aciz durumda qalmışam.

Cənab Prezident, Sizdən çox xahiş edirəm. Bir neçə il əvvəl bizim kimi kasıb insanlar üçün nəzərdə tutulan və sərəncam verdiyiniz “Özünəməşğulluq proqramına” mənim də cəlb edilməyimə köməklik göstərəsiniz. Mən bütün ailəmizlə birlikdə rahatlıqla ətlik-maldarlıq təsərrüfatıilə məşğul ola bilərəm”.

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Related Articles

050-295-94-79
top