Məcburən evləndirmələr sağlamlığa ziyandır – DEPUTAT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Ümumiyyətlə, normadan kənar hər şeyi pisləyirəm. Erkən nikahlardır, nə bilim, qızların təhsildən yayındırılmasıdır və sair – hamısı normadan kənar olduğuna görə onları qətiyyətlə pisləyir və rədd edirəm.

BiG.AZ xəbər verir ki, bunu oxu.az-a açıqlamasında yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmov bildirib.
Yazıçı hesab edir ki, qızların təhsildən yayındırılaraq, erkən nikahlara vadar edilməsi, təhsilsizlik, savadsızlıq cəhalətdir, nadanlıqdır.

“Çünki əgər tibb aləmində səhiyyə, təbabət bunu belə məsləhət görürsə, ona əməl etmək lazımdır. Hesab edirəm ki, bu, həm fiziki sağlamlıq barədə ziyanlıdır, həm də Azərbaycanın gələcəyi üçün mənfi haldır. Yəni əgər bu normalar o qırmızı xətti keçirsə, deməli, qanun pozuntusudur”, – deyən millət vəkili bu kimi mənfi hallara qarşı cəmiyyətin biganə, laqeyd qalmamasını məsləhət görüb.

“Birinci, bu yöndə yüksək səviyyədə maarifləndirmə, təbliğat olmalıdır. Valideynlər, atalar, analar başa düşməlidir, dərk etməlidirlər ki, bu, həm də ziyandır. Erkən nikahlar, vaxtından əvvəl zorla, məcburən evləndirmələr sağlamlığa ziyandır”, – deyə H.Mirələmov əlavə edib

Related Articles

050-295-94-79
top