BAŞ PROKURORDAN 24 YAŞLI GƏNCİN ÖLÜM İŞİ İLƏ BAĞLI QƏRAR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Qolunu arı sancması səbəbindən əməliyyat olunarkən dünyasını dəyişən 24 yaşlı Cavid İmanlının ölüm işi ilə bağlı Baş prokuror Zakir Qaralov qərar verib.

Axar.az xəbər verir ki, Cavid İmanlının atası Filman Həsənovu qəbul edən Z.Qaralov cinayət işinin Sabunçu Prokurorluğundan alınaraq, Bakı Prokurorluğuna verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, ötən ilin 26 noyabr tarixində Sabunçu Məhkəməsində gəncin həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsilə bağlı ilk proses keçirilmişdi. Bakı şəhəri, Sabunçu rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Turan Qulu oğlu Abasovun 530C-17 nömrəli yoxlama materialı üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 aprel 2018-ci i tarixində verdiyi qərar hakim Fəqan Əhmədov tərəfindən ləğv edilmişdi.

Qeyd edək ki, ötən ilin oktyabr ayında 24 yaşlı Cavid İmanlının qolunu arı sancması nəticəsində o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib. C.İmanlını heç bir analiz olmadan, ailəsinə məlumat vermədən əməliyyata salan həkim gəncə adi palatada, digər xəstələrin yanında narkoz verərək əməliyyat etmək istəyib. Lakin gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.

İlk gündən işi araşdıran Sabunçu Prokurorluğu baş vermiş faktla bağlı cinayət işi açmaqdan imtina etmişdi.

Related Articles

050-295-94-79
top