Ötən il təyyarə qəzalarında nə qədər insan ölüb?

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

2018-ci ildə baş verən təyyarə qəzalarında 500-dən çox insan ölüb.
Qaynarinfo xəbər verir ki, Aviasiya Təhlükəsizliyi Şəbəkəsinin məlumatına görə, 2018-ci ildə hər 3 milyon uçuşda 1 dəhşətli qəza meydana gəlib. İtkilərə baxmayaraq 2018-ci il aviasiya tarixində ən təhlükəsiz 3-cü ildir. 

Ötən il “Lion Air” şirkətinə aid “Boeing 737 MAX 8” təyyarəsinin Yava dənizinə düşməsi nəticəsində 189, “Cubana” şirkətinin “Boeing 737-201” təyyarəsinin Havana havalimanı yaxınlığında qəzaya uğraması nəticəsində isə 112 nəfər öldü. Nepal, Rusiya, İranda da çox sayda ölümün olduğu təyyarə qəzaları qeydə alındı.
2017-ci ildə isə 10 təyyarə qəzası baş vermiş, cəmi 79 nəfər həlak olmuşdu. 2017-ci il aviasiya tarixinin ən təhlükəsiz dövrü hesab edilir.  

Related Articles

050-295-94-79
top