“Sobranie”, “Kent-8”, LD… – Azərbaycanda siqaretlər bahalaşdı

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycanda siqaretlər bahalaşıb.
Mia.az-ın əməkdaşının Bayıl və 20-si sahə yaşayış massivində apardığı araşdırmaya əsasən, siqaretlərin qiyməti 20-30 qəpik aralığında qalxıb.
Belə ki, 3 manata olan “Sobranie” 3.30 manat, 2.70 -ə olan “Kent-8” 3, 2.20-yə olan LD isə yanvarın 1-dən 2.50 manata satılır. Digər siqaretlərin qiymətində isə 20 qəpik bahalaşma olub.
Xatırladaq ki, 2 ay əvvəl, daha dəqiqi, ötən ilin noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışı olub.
Həmin açılışda “Tabaterra” QSC-nin direktoru Elman Cavanşir deyib ki, zavodda 3 formatda – ağır, yüngül və daha yüngül olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq və “Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim ediləcək: “Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun surətdə aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb”.
Ancaq görünür, yeni zavodun açılışı, başqa sözlə desək, yerli məhsulun istehsalı bazarda qiymətləri endirmək əvəzinə, qalxmasının qarşısında aciz qalıb…

Related Articles

050-295-94-79
top