İNAM KƏRİMOV YENİ DİREKTOR TƏYİN ETDİ

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyinatı olub.

Bununla bağlı kənd təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Ramil Salman oğlu Salmanov Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin olunub. O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Neftçala rayon şöbəsinin direktoru vəzifəsində işləyib.

Qeyd edək ki, bu təyinatadək Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini Mustafa Əliyev icra edib.

Related Articles

050-295-94-79
top