Bərdədə qalmaqallı maliyyə rəisi özünü saytlarda niyə təriflədir? – Fakt

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bərdə rayon Maliyyə şöbəsinin müdiri Mehman Allahverdiyev vəzifədə olan bor qohumu – Gəncənin keçmiş rəhbəri Elmar Vəliyevin dayağını itirsə də, digər qohumu Bərdənin icra hakimi Vidadi İsayev tərəfindən qorunur.

Cahan.info-ya verilən xəbərə görə, 
maliyyə naziri Samir Şərifov bir neçə dəfə onun sərəncamını vermək istəsə də, Bərdə İH başçısı onu fikrindən daşındırıb, minnətçi düşüb. Nazirin onu işindən azad etmək istəyi həm E.Vəliyevlə qohumluğunun üzə çıxması, həm fəaliyyəti haqda KİV-də tənqidi materialların getməsi olub. 

Lakin V.İsayev nazirliyi inandırmağa çalışıb ki, M.Allahverdiyev işini görən adamdır və hansı nöqsanları varsa aradan qaldırmağı özü tapşıracaq. 

Bundan sonra maliyyə rəisi əli çatan bəzi saytlarda özü haqda tərif yazıları çap etdirməyə başlayıb. http://azinfo.tv/siyaset/6879-hech-bir-quvve-mehman-allahverdiyevi-hech-vaxt-eqidesinden-dondere-bilmez-ozel.html

Yazıda deyilir: “Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyevin uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. 

Mətbuatda gözdən salmaq üçün “Bərdə maliyyə rəisi Mehman Allahverdiyev kimə arxalanır?, Bərdə maliyyə rəisi Mehman Allahverdiyev vəzifəsindən narazıdır, “başlıqlı məqalələr yazırlar və ya məqsədə uyğun olmayan xəbərləri ictimailəşdirərək guya Mehman Allahverdiyevi gözdən salmaq istəyirlər.

Amma bunlar əsassız məlumatlardır. Əslində Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev haqqında yazılanlara təəccüblənmirik. Çünki Mehman Allahverdiyev gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq”.

Qanunpress.info adlı sayt da ondan tərif yazısı yerləşdirib, sonra sayt nədənsə açılmadı. Bu tərifləri həmin saytların yazmaq öhdəliyi yoxdur. 

Sadəcə, maliyyə rəisi özünü reklam etdirmək istəyib ki, yerində möhkəm qalsın. 

İkincisi, hələ E.Vəliyev vəzifədə olarkən sirr deyildi ki, M.Allahverdiyev hazırkı vəzifəsindən narazı imiş, rayonlardan birinə icra başçısı getmək istəyirmiş. E.Vəliyev də bunun üçün cəhd göstərib. Amma məlum Gəncə hadisələri məsələni alt-üst etdi.

Bir müddət əvvəl Bərdədə bir qrup ziyalı maliyyə naziri Samir Şərifova məktub yazaraq, İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin İcra Hakimiyyətinin məsul şəxsləriylə əlbir olaraq, büdcə vəsaitlərini necə mənimsədiyinə dair sensasion faktlar açıqlamışdılar. Strateq.az-da gedən müraciətdə deyilirdi ki, V.İsayev Bərdə rayon İH-nə başçı təyin edildiyi 03 mart 2011-ci il tarixdən bugünədək təkcə Bərdə rayon İcra Hakimiyyətinə (Təhsil, Səhiyyə, Mədəniyyət və digər büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) abadlıq, quruculuq və yol tikintisi üçün Prezidentin ehtiyat fondundan və dövlət büdcəsindən 30,0 (otuz) milyon manata yaxın pul vəsaiti ayrılıb: 

“Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub. 

Qalan vəsaitin hara sərf olunması məlum deyil. Rayonda görülmüş digər abadlıq, quruculuq işlərinin, demək olar ki, 90%-i yerli sahibkarlar və idarə-müəssisə rəhbərləri tərəfindən öz vəsaitləri hesabına aparılıb.

Müraciət müəllifləri daha sonra Samir Şərifova yazırlar: “Acınacaqlı hal ondan ibarətdir ki, Sizin yerdəki nümayəndəniz – Maliyyə İdarəsinin rəisi onun qanunsuz əməllərinin qarşısını almaq əvəzinə, bilərəkdən onunla əlbir olub ayrılmış büdcə vəsaitlərinin talanmasına şərait yaratmışdır. 

Hansı ki, Maliyyə İdarəsinin rəisi, rayonda büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, görülmüş işlərə komissiya tərəfindən baxış keçirilib aktlaşdırmasını təmin etməli və sonra pulun ödənilməsinə sərəncam verməli idi. 

Lakin o, bu işlərin heç birini etməmiş (etsə də formal surətdə etmişdir), əvəzində saxta sənədlər əsasında pul vəsaitinin ödənişini aparmışdır”.

Bərdə ziyalıları daha sonra qeyd edirlər: “Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına əsasən, guya, 2014-cü ildə Bərdə şəhərinin küçələrinə “İnstal-Servis” MMC tərəfindən 593,8 min manatlıq asfalt döşəndiyi bildirilmiş və həmin vəsait “İnstal-Servis” MMC-nin hesabına köçürülmüşdür. Həqiqətdə isə işlər görülmədən ödəniş aparılmışdır”.

Başçı yerli karyerlərdən götürülmüş qum-çınqılın pulunu ödəməmiş, sahibkarlara məxsus obyektlərin fasad hissələrinə sahibkarların özlərinə aqlay vurdurtmuş, obyektlərinin qarşı hissəsindəki səkilərə tamet döşənməsini də onların şəxsi vəsaitləri hesabına etdirib. 

Bu görülmüş işlər üçünsə qeyri-qanuni “Forma 2”lər tərtib etdirərək, pul vəsaitlərini sildirib. Maliyyə İdarəsinin rəisi isə bu işlərdə V.İsayevə yardımçı olub. 

Nazirliyin açıqlamasını dərc etməyə hazırıq.

Related Articles

050-295-94-79
top