XOŞQƏDƏMİN VERİLİŞİNDƏKİ “PSİXOLOQ” PSİXOLOQ DEYİLMİŞ-VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Xeyli vaxtıdr ki, Xoşqədəm Baxşəliyevanın Xəzər tv-dəki Səni axtarıram verilişində Mehmet saka adlı bir Türkiyə vətəndaşı da ekspert kimi gen-bol danışır, özünü mütəxəssis kimi reklam edir. Amma iş burasındadır ki, bu şəxsin hələ də əsl peşəsinin nə olduğu məlum deyil. Adam Çinarə adlı qızın axtarışında qeyri-müəyyən cavabları ilə hətta vəkil Tahir Əlirzayevi də hövsələdən çıxarmışdı. Buna görə də verilişin 01.11.2018-ci il tarixli buraxılışında T. Əlirzayev ondan israrla nəçi olduğunu, hansı ixtisas sahibi olduğunu soruşmuş, Yeditəpə Universitetində Psixologiya bölümündən məzun olduğu ortaya çıxmışdı. Lakin 24.12.2018-ci il tarixli buraxılışda vəkil Şəfiqə Nağıyevanın qəfil bir sualı ilə Mehmet Saka adlı şəxsin heç psixoloq da olmadığı məlum oldu. Belə ki, bu şəxs verilişdə ekspert olan psixoloq xanıma sual verib, Ş. Nağıyeva isə “özünüz psixoloqsunuzsa psixoloqa niyə sual verirsiz” deyəndə aparıcı X. Baxşəliyeva Sakanı qorumaq üçün tez müdaxilə edərək “o psixoloq deyil” cavabını verib. Yaxşı bol efir vaxtı ayrılan Mehmet Saka adlı bu şəxs psixoloq deyil, falçı da deyil, elə isə bəs kimdir və nə məqsədlə tanıdılır?

Xəzər Tv və Səni axtarıram layihəsi rəhbərliyi mövqe bildirirələrsə dərc etməyə hazırıq. Qeyd edək ki, adı çəkilən Mehmet Saka adlı şəxsin hansl məqsədlə Azərbaycan efirində ekspertlik etməsi və tanıdılması həqiqətən də çox maraqlı və düşündürücüdür….

Related Articles

050-295-94-79
top