Məhərrəm Babayevə Qüdrət Şükürov aqibəti: daha bir qurumda talan…

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

“Bakı şəhər işığı” Elektrik Şəbəkə Müəssisəsinin ayağında külli miqdarda mənimsəmə var

Cahan.info xəbər verir ki,
 bu talan Hesablama Palatasının hesabatından görünür.

Qurumun rəhbərliyini Bakı Liftlər İdarəsi direktoru olmuş Qüdrət Şükürovun aqibəti gözləyə bilər. O, illərlə gözdən iraqda qalmağı bacarıb. 

Lakin Eldar Əzizovun Bakı meri təyin olunmasından sonra müəssisə rəisi Məhərrəm Babayevin qara günləri başlayıb. Məsələ barədə yazan gundeminfo.az qeyd edir ki, sözügedən qurum Bakı Şəhər İcra Hakimiyyətinə tabedir. 

Hesablama Palatası 2016-2018-ci illərdə talanla bağlı rəqəmləri ortaya çıxıb. Auditlə ümumilikdə 860 min manat məbləğində vəsait əhatə edib. 

Ancaq müəssisə məhəllədaxili yolların və həyətlərın, yaşayış binalarının giriş qapılarının işıqlandırılması işləri istənilən səviyyədə həyata keçirilməyib. 

2017-ci il üzrə vəsaitə tələbat hesablanarkən büdcə vəsaiti hesabına alınmış və anbarda olan illik xərclərin 64,0%-ni təşkil edən mal-materiallar nəzərə alınmayıb. 

Küçələrin işıqlandırılması xərclərinə ayrılmış vəsaitdən memarlıq abidələrinə aid olan arxitekturalı binaların fasadlarının və yaşayış binalarının giriş hissələrinin işıqlandırılmasından əlavə illik enerji xərcinin 29,0%-ni təşkil edən digər işıqlandırmalar həyata keçirilsə də, müəssisənin Əsasnaməsində müvafiq dəyişikliklər edilməyib. Hesablama Palatasının aşkarladığı bu nöqsanlarla bağlı olaraq Eldar Əzizov təcili toplantı keçirib. 

E.Əzizov Məhərrəm Babayevə qısa bir zamanda ortaya çıxan yeyintilərin büdcəyə geri qaytarmaqla bağlı göstəriş verib. Mer şəxsən prosesə nəzarət edəcəyinə dair ən yüksək dairləri əmin edib. 2012-ci ildə prezident çıxışında vurğulamışdı:

“Kənar küçələrin bir çoxunda işıq dirəkləri ümumiyyətlə yoxdur. İşıq xətləri çəkilməyib. Bir müddət bundan əvvəl mən qarşıya vəzifə qoymuşam ki, bu məsələyə də diqqət göstərilsin. 

Elə etməliyik ki, gələn ilin sonuna kimi Bakı şəhərinin bütün küçələrində müasir işıq dirəkləri və daim, davamlı işıq olsun”. Amma faktiki Bakı zülmətə qərq olub, gecələr maşın sürmək olmur. 

2006-cı ildən 2017-ci ilə qədər Bakı şəhərinin abadlaşdırılması məqsədilə dövlət büdcəsindən 806 milyon manat vəsait ayrılıb.

Və bu vəsaitlərin də böyük bir qismi məhz küçə və prospektlərin işıqlandırılmasına sərf edilib. Lakin indi bəlli olur ki, nəinki bu vəsaitlərinin böyük bir qismi talan edilib. 

Hətta bu vəsaitlərdən “Azərişıq” ASC-yə ödənilməli olan hissəsi ilə bağlı da debitor borclar kifayət qədər şişib. Beləcə, Məhərrəm Babayev üçün çətin dövr başlayıb.

Onun həlqəsi saralıb. Ən yaxşı halda vəzifəsindən azad ediləcək. Hüquq-mühafizə orqanları tərəfindən təftiş aparılacağı istisna edilmir.

Related Articles

050-295-94-79
top