ELDAR MAHMUDOVLA ADI QOŞA ÇƏKİLMİŞ ASTARA İCRA BAŞÇISI YOLA SALINIR- 3 İLLİK YEYİNTİ…

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Astaranın icra başçısı Qəzənfər Ağayevin yerinə təyinat gözlənilir

Cahan.info mediaya istinadla xəbər verir ki, onun fəaliyyəti yuxarıları da qane etməyib.İH başçısı olduğu müddətdə Q.Ağayev Astarada əlini ağdan qaraya vurmayıb.

Belə gözlənti var ki, cənub sərhədimizdəki rayona yeni rəhbər göndəriləcək. Q.Ağayev Masallıya başçılıq etdiyi dövrdə də ümidləri doğrultmamışdı. Başçı dövlət büdcəsindən ayrılan və sahibkarlardan yığılan pullar hesabına şəxsi biznes maraqlarını gerçəkləşdirib.

Dia.az yazmışdı ki, Qəzənfər Ağayevin adı Eldar Mahmudovla qoşa çəkilsə də, sonradan vəziyyətdən çıxa bilmişdi.İndi isə daha ağır ittihamlar var.

Qəzənfər Ağayev uzun müddət Masallı rayonuna rəhbərlik edib.Həmin zamanlar Masallıdan deputat olan Daşkəsənin hazırki icra başçısı Əhəd Abıyev Qəzənfər Ağayevi hətta narkobaronluqda belə ittiham edirdi. Son illərdə rayona ayrılan vəsaitin necə xərcləndiyinə nəzər salaq:

12 Sentyabr 2013-cü il tarixdə prezident İlham Əliyevin sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisinə 2 milyon manat ayrılıb.

11 dekabr 2014-cü ildə yenə dövlət büdcəsindən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 4,7 milyon manat ayrılması barədə sərəncam imzalanıb.

3 il davam edən və 6,7 milyon manat ayrılan yolun təmiri 2015-ci ilin aprelində başa çatdırılıb. Prezidentin rayona səfəri zamanı yolun təmiri yerli sahibkarlardan yığılan vəsait hesabına yekunlaşıb.

13 aprel 2015-ci ildə Astarada 860 yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədi ilə Astara RİH-ə prezidentin ehtiyat fondundan 5,5 milyon manat, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri üçün 2,5 milyon manat, kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün ilkin olaraq 3 milyon manat ayrılıb.Bu yol isə erroziyaya uğrayaraq dağılıb.

Maraqlısı ondadır ki, icra hakimiyyətinin 2015-ci ilin yekunlarına dair hesabatında ayrılan milyonların taleyindən bəhs olunmur. Son 3 il ərzində rayona ayrılan ümumilikdə 18 milyon manatdan çox vəsaitin hara və necə xərcləndiyi mübhəm qalır.

Yada salaq ki, Q.Ağayev 2006-2012-ci illərdə Masallının icra başçısı olub. Q.Ağayevin Masallıda başçı olduğu 6 il biznes imperiyasının çiçəklənən dövrü də hesab etmək olar.

Başçı dövlət büdcəsindən ayrılan və sahibkarlardan yığılan pullar hesabına şəxsi biznes maraqlarını gerçəkləşdirib. Q.Ağayevin hazırda Masallıda olan obyektlərinin cüzi hissəsini təqdim edirik:

1. Balıq yetişdirmək məqsədi ilə Şərəfə kəndi ərazisindəki su tutarı, sahəsi 10 hektar.
2. Şərəfə kəndində təsərrüfat məqsədli torpaq, sahəsi – 17.5 hektar.
3. Balıqçılıq məqsədi üçün “Qarğalıq Istili”, sahəsi 30 hektar.
4. Kürdəbaz kəndində balıqçılıq məqsədi üçün su tutarı, sahəsi 5 hektar.
5. “Babaser su anbarı”, sahəsi 20 hektar.
6. Masallı şəhəri mərkəzindəki tibbi obyekt, sahəsi 1000 kvadrat metr.
7. Eminli kəndinin örüş sahəsi, sahəsi 15 hektar.
8. Qum-çınqıl satış mərkəzi, sahəsi 2000 kvadrat metr.
9. Qızılağac kəndində su tutarı, sahəsi 20 hektar.
10. “Digah Istili” su tutarı, sahəsi 5 hektar.
11. “Viləşçay” su anbarının ərazisi qorunur, tutulan balıqlar satılır. İnsanlar su anbarına yaxın buraxılmır.
12. “Xalıcallı İstili” su tutarı, sahəsi 134 hektar.
13. Tərəvəz bazarı.
14. Masallının “Qala bazarı” deyilən hissəsində tikilən 40-dan çox obyekt.
15. Olimpiya kompleksi deyilən idman mərkəzi ilə üzbəüz 3 hektarlıq sahə. Həmin ərazidə bir inzibati bina, bir restoran və istirahət üçün 9 “domik” var.
16. Qəriblər kəndi ilə Ərkivan kənd ərazisinin sərhəd hissəsində yarım hektar torpaq sahəsi.
17. Boradigah qəsəbəsində sahəsi 30 hektar olan balıqçılıq təsərrüfatı. 18. Masallı-Bakı magistral yolunun sağ hissəsində sahəsi 12 hektar olan inşaat materialları bazarı.
19. Masallı-Lənkəran magistralı yolunun sol tərəfində “Cənnət bağı” restoranı. Həmin ərazidə çəpərlənmiş 5 hektar meşə zolağı və 10 hektar müxtəlif ağac yetişdirmək üçün sahə.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Cahan.info

Related Articles

050-295-94-79
top