15 yaşında ailə quran azərbaycanlı müğənni: “Xəyallarım yarımçıq qaldı…” – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Müğənni Sabina Selcan Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub.

BiG.AZ xəbər verir ki, xanım ifaçı verilişdə öz həyatından bəhs etdiyi “Bilə-bilə etdim” mahnısını ifa edib. Xərçəng xəstəliyinə qalib gələn Sabina bildirib ki, bu mahnını ilk dəfə 4 il əvvəl, bu xəstəlikdən əziyyət çəkdiyini öyrənən zaman oxuyub:
“Bu mahnını ilk dəfə xəstəliyimi öyrənən zaman oxudum. Çətin günlər keçirdim, amma qalib gəldim. Həyatım keşməkeşli olub. 15 yaşında ailə qurdum, 16 yaşında qızım dünyaya gəldi. Bəs mənim arzularım, xəyallarım, məktəb, institut, sevərək ailə qurmağım… dedim, bu mahnını oxudum”.

Related Articles

050-295-94-79
top