RƏCƏB BABAŞOV NEQATİVLƏRİNƏ GÖRƏ BİRİNCİ YERDƏDİR – İLK DƏFƏ BAŞÇILARIN “MƏNFİ ŞKALASI” MÜƏYYƏN OLUNDU

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Söz” Analitik Araşdırma Bürosu (SAAB) “Facebook” sosial şəbəkəsində 500 respondent arasında sorğu keçirib. Qurumdan DİA.AZ-a verilən məlumata görə, sorğuda əsas məqsəd daha çox narazılıq yaradan icra başçılarının sırasını müəyyənləşdirmək olub.

Qurumun verdiyi məlumatında deyilir: “Əsasən regional xarakterli internet səhifələrində keçirilən sorğuda müxtəlif yaş təbəqələrinə və peşələrə aid olan şəxslər iştirak edib. Əsasən gənclərin qatıldığı rəy sorğusunda respondentlər ilk beşliyi aşağıdakı kimi müəyyən ediblər. Beləliklə ən çox neqativi olan, narazılıq yaradan ilk beş icra başçısı aşağıdakılardır:

1. Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov;
2. Masallı rayon icra hakmiyyətinin başçısı Rafil Hüseynov;
3. Kürdəmir rayon icra hakmiyyətinin başçısı Ceyhun Cəfərov;
4. Lənkəran ryon icra hakimiyyətinin başçısı Taleh Qaraşov;
5. Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov”.

Onu da bildirək ki, Rəcəb Babaşovun adı bir sıra dövlət qurumlarının hesabatlarında da müsbətə doğru ifadə olunmur.

Verilən materialla bağlı bütün maraqlı tərəflərin fikirlərinə yer ayırmağa hazırıq…

Related Articles

050-295-94-79
top