8 yaşlı uşaqdan fantastik qazanc: 1 ilə 22 milyon

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Artıq Yutub sayəsində pul qazanılıb-qazanılmadığı mübahisələrinin əvəzinə, dünyanın hər yerində yutuberlərin gəlirlərinin nə qədər olduğu haqda mübahisə və müzakirələr yaşanır.

AYDINLIQ.AZ Musavat.com-a istinadən bildirir ki, bu ilin ən çox qazanan yutuberinin isə cəmi 8 yaşı var. Bəs, o, bunu necə bacarıb?

Bu suala aşağıdakı bəndlərlə cavab verməyə çalışacağıq.

Yaradıcı olmaq

Yutub yaradıcı, hər gün nəyisə kəşf edə bilən beyinlərə böyük bir şans tanıyır. Bir neçə saniyəlik qısa videolar, bir neçə dəqiqəlik qısa filmlər və ya fərqli videoroliklər… Bura hər an yeni videolar, hər an yeni ulduzlar və hər an yeni məzmunlarla qarşılaşmağın mümkün olduğu bir dəryadır.

Heç də asan deyil, onlarla yeni məzmun lazımdır

Bu video platformasının içində fərqlənməyin özü ən böyük qabiliyyətdir. Belə ki, geniş bir arxivə sahib olan yutubda, fərqli iş ortaya qoymasan, heç bir nəticəyə nail ola bilməyəcəksən.

Bunun yolu isə durmadan yeni məzmunlu videolar yükləmək, hər gün yeniliklərlə özünə izləyici yığmaqdır.

Uşaqlar və gənclərlə bağlı videolar daha çox pul və izləyici qazandırır

“Yutub okeanı”nda ən çox izlənən videolar uşaqlarla bağlı olan videolardır. Cizgi filmləri, fərqli-fərqli animasiyalar, oyuncaqların təqdimatı, uşaq mahnıları geniş izləyici kütləsi yığmağa səbəb olur.

Related Articles

050-295-94-79
top