Əl-Qaidə yeni 11 sentyabra hazırlaşır: Nazirdən xəbərdarlıq

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Əl-Qaidə terror qruplaşması sərnişin təyyarələrinə hücumlar üçün yeni planlar hazırlayır.

Bu sözləri Böyük Britaniyanın Təhlükəsizlik naziri Ben Uolles deyib.

Onun sözlərinə görə, terror qruplaşması yenidən doğulmağa və Avropanın hava limanları üçün təhlükə yaratmağa başlayıb. Belə ki, yeni texnologiyaları öyrənən terrorçular bunları sərnişin təyyarələrində istifadə edə bilər.

Terrorçulara qarşı aparılan əməliyyat çərçivəsində dron və miniatur bomba eksizlərinin tapıldığını qeyd edən nazir, ABŞ-ın Suriyadan çıxması qərarının da terrorçuların aktivləşməsinə səbəb olacağını vurğulayıb. (Axar.az)

Related Articles

050-295-94-79
top