ƏBÜLFƏZ MƏLİKOVUN PALMA YAĞI BİZNESİ – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Tanınmış jurnalist və yutuber Bahadur Seyidovun Yutub kanalında “Palma” bitki yağlarındakı təhlükəli xəstəliyə səbəb olan araşdırmaların əks olunduğu video paylaşımından sonra bir daha bu məsələnin üstünə qayıdırıq. 
Bahadur Seyidov əslində çoxdan məlum olan bəzi faktları birləşdirərək nəticəni bizə göstərir.

Lakin bu yağları Azərbaycana gətirən şirkətlər var. Medianın üstündən apardığımız araşdırmalar bir daha göstərdi ki, bu yağları Azərbaycana gətirənlər var. Nəzərə alsaq ki, mediada gedən xəbərlərə görə gömrükdə yağ idxalı “Broker” Əbülfəz kimi tanınan Əbülfəz Məlikovun nəzarətində olub hər şey aydın olur. Lakin mediada gedən xəbərlərə görə Əbülfəz Məlikovun gömrükdən uzaqlaşdırıldığı ilyuziyası yaradılsada o, “Broker” MMC-nin əvəzinə “Delta Qrup C.O.” MMC vasitəsi ilə Azərbaycana yağ idxalına nəzarət edir. Bu yağlar isə kərə yağı adı altında xalqa ucuz sırınan palma yağları olduğu iddia edilir.
“Broker” MMC barədə vaxtı ilə ölkə mətbuatının yazdıqlarını bir daha yada salmaq istəyərdik. Arqument.az yazır:
“Broker” şefinin “kassa”sı: Anar Allahverdiyev

“Broker” MMC-nin açar isimlərindən biri də Anar Allahverdiyevdir: “Bu şəxslə bağlı apardığımız araşdırmalar maraqlı məqamların üzə çıxması ilə nəticələndi. Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur. Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir. Anar Allahverdiyevin “Broker” MMC-nin hesabına milyonlarla manat dəyərində mal-mülkə sahib olması və əldə etdiyi pullarını istədiyi kimi, əsl Ərəb şahzadələri kimi xərclədiyini demək olar. 

Anar Allahverdiyevin tez-tez ABŞ-a səfər etdiyi və Lon Anclesdə Əbülfəz Məlikovun “bəzi işlərini” görüdüyü deyilir. İddiaya görə, o, Amerikada Əbülfəz Məlikova məxsus çirkli pulların yuyulması və başqa ölkələrə gizli investisya qoyulması prosesində iştirak etdiyi deyilir. Məlumatda qeyd olunur ki, Əbülfəz Məlikov “Broker” MMC-nin əli ilə əldə etdiyi milyonlarla manat vəsaitləri xalası oğlu, ən inandığı adamına etibar edib. Adı “Broker” MMC-nin işçisi kimi yazılan Anar Allahverdiyev demək olar ki, ilin 7-8 ayını Amerikada və Avropada keçirir. Onun bu qitələrə məhz Məlikovun tapşırığı ilə getdiyi və işlər gördüyü iddia olunur. 

Mənbələr bildirir ki, Anar Allahverdiyev öz əyləncələrindən də qalmır. ABŞ və Avropa səfərləri zamanı dünyanın ən bahalı məkanlarında istirahət edən Əbülfəz Məlikovun “sağ əli” “Broker” MMC-nin “pulları”nı kef məclislərinə xərcləyir. İddia edilir ki, bu şəxs “Broker” MMC-nin çirkli pullarının hesabına Amerikada və Avropada ayda ərzində 200-300 min manat xərcləyir. Məlumatlı mənbələr həmçinin iddia edir ki, Anar Allahverdiyevin Bakı şəhərində onlarla mülkü var. Onun sahib olduğu mülklərin, obyektlərin əksəriyyətinin Əbülfəz Məlikova məxsus olduğunu demək olar.

Paytaxtın Teymur Əliyev küçəsində yan-yana tikilən 3 villanın təkcə qiyməti 10 milyon manata yaxındır. İsmayıllı, Qəbələ, Quba, Şamaxı, Qax rayonlarında onlarla imarətin qiymətini isə hesablamaq çətindir. Anar Allahverdiyevin sürdüyü maşınların ən ucuz qiymətiinin 150 min dollar olduğunu qeyd edə bilərik”.

Yazıdakı iddialarla bağlı Əbülfəz Məlikovla əlaqə saxlamaq mümkün olmayıb. Gömrük Komitəsinin rəsmilərindən biri isə “Trans-Broker” MMC-nin onların səlahiyyətində olmadığını, Əbülfəz Məlikovla bağlı suallara cavab verə bilməyəcəklərini deyib. “
Qeyd etməliyik ki, Azərbaycanda vətəındaşlara təklif olunan yağlar haqlı olaraq vətəndaşların tənqidinə məruz qalır.Onalrın çoxu kərəı yağı kimi bizlərə sırısalarda, əslində onların kərə yağı olması şübhə altındadır. Onalrın ümumi adı isə beynəlxalq bazarlarda kərə yağı yox SPRED kimi təqdim edilir. Və çox ucuz bir qatqıdır.Ə/sas isə insan orqanizminə ziyandır. Bu yağlar haqqında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata verdiyi açıqlamasında qeyd etdi ki, kərə və nehrə yağları ilə bağlı rəhbərlik etdiyi birliyə hər həftə 10-15 telefon zəngləri daxil olur: “Həmin telefon zəngləri zamanı istehlakçılar bu yağların keyfiyyəti, ekspertizası ilə əlaqədar suallar ünvanlayırlar. Qeyd edim ki, ölkənin əmtəə bazarının yağ sektoru çox çirklənmiş vəziyyətdədir. İnək şəkillərini kağızların üzərinə çəkməklə, “naturalnaya maslo” yazmaqla, etiketlərdə istehlakçıları aldadan məlumatları qeyd etməklə əhalinin istehlakçı hüquqları pozulur. Təəssüflər olsun ki, bu qədər laboratoriya olduğu bir halda bu sahədə şəffaf fəaliyyət göstərən bir laboratoriya yoxdur ki, hansı yağların necə olduğunu açıq deyə bilək”.
Bütün bu deyilənlərə aydın gətirmək isə mümkün olmur, çünki “Delta Qrup C.O.” MMC -nin rəsmi səhifəsində göstərilən nömrələr cavab vermir!
P.S. Teref.az olaraq “Strateq.az-ın 2017-ci ildə palma yağı ilə bağlı bəzi məlumatlarını oxuculara çatdırmağı özümüzə boc bilirik:
AZƏRBAYCAN DA TONLARLA PALMA YAĞI ALIR

“Marja” 05 Oktyabr 2015 –ci il tarixində yaydığı məlumatda qeyd etmişdi ki, Azərbaycanda da palma yağından geniş istifadə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizə 2014-cü ildə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub. 2015-ci ilin yanvar-iyun aylarında isə ümumi dəyəri 16,4 milyon ABŞ dolları olan 27,3 min ton xam palma yağı idxal olunub. Palma yağının böyük bir hissəsi İndoneziyadan, cüzü bir hissəsi də Malayziyadan alınır.

Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır.

Əlbəttə, bu qədər palma yağının idxal olunması şübhə doğurur. Böyük ehtimalla, xaricdən alınan palma yağından süd, pendir, xama, marqarin, dondurma və şokolad məhsullarının istehsalında geniş istifadə edilir. Palma yağı qidaların rəf ömrünü (istifadə müddətini) artırır.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

strateq.az

Related Articles

050-295-94-79
top