Deputat “Bakı nəqliyyatçıları”nı “vurdu”: “Nəqliyyat idarə olunur, amma intellekti görmürük”

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bunu niyə həll etmirik?
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Millət vəkili tıxaclara görə minlərlə insanın yollarda qaldığını, işə gecikdiyini bildirib:
“Nəqliyyatın intellektual idarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən avtobuslardır, bütün yolu tuturlar. Azca yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək”.

Related Articles

050-295-94-79
top