SABİQ NAZİR OĞLU LONDONDA DAHA BİR ŞİRKƏT AÇIB – SƏNƏDLƏR

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasov Londonda daha bir şirkət açıb. Amma tək yox, şərikli…Şəriki həyat yoldaşı, “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdinin qızı Dünya Pirverdidir. Bu barədə Avropada yaşayan jurnalist Cavanşir Həsənli öz feyzbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, hər iki məmurun – Əli Abbasovun və Etibar Pirverdiyevin övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğuldurlar. INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.

Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib:

40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE.

Nizamnamə kapitalı 100 funt sterlinq məbləğindədir.

Qetd edək ki, Bittiop şirkəti tamam fərqli profildə, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir.

Related Articles

050-295-94-79
top