Mübariz İbrahimovun qardaşından məhkəmə xəbərinə REAKSİYA

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 42
    Shares

Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı Rəşad İbrahimov psixoloq Nərmin Şahmarzadənin məhkəməyə verilməsinə münasibət bildirib.

R.İbrahimov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, xalq sözügedən şəxsə lazımi cavabı verib:

“Atam dəfələrlə çıxışlarında deyib ki, Mübariz bütün xalqın övladıdır. Bu məsələdə də xalq öz mövqeyini ortaya qoydu. Mən başqa nəsə danışmaq istəmirəm”. 

Qeyd edək ki, Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya,3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. 
Xatırladaq ki, N.Şahmarzadə M.İbrahimovu qəhrəman hesab etmədiyini bildirmiş və onu qatil adlandırmışdı.

Related Articles

050-295-94-79
top