Nurəddin Xocadan, onun fikirlərini təhrif edənlərə kəskin reaksiya

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Nurəddin Xoca ; “Bir qız uşağı başından böyük danışıb,bilib bilmədiyi məslələri qatıb qarışdırıb, kosmopolitizmlə paçifizmi səhv salıb. İndi də dünənə qədər heç görünməyən adamlar bu gün vaveyla salıb.” 

Qarabağ qazisi Nurəddin Xoca son vaxtlat sosial şəbəkələrin qəhramanına çevrilmiş Psixoloq xanımın statusuna münasibət bildirərkən özü pis duruma düşüb. Belə ki, Qazinin fikirləri təhrif olunaraq başqa-başqa, lazımsız və gərəksiz istiqamətlərə yönəldilmişdir. Nurəddin Xoca bundan hiddətlənərək onun fikirlərini təhrif edənləri kəskin formada qınadığını bildirmişdir. 
Nurəddin Xocadan, onun fikirlərini təhrif edənlərə kəskin reaksiya
“Mənim fikirlərimi sapdıranlara bir daha izah edirəm. Bir qız uşağı başından böyük danışıb. Bilib bilmədiyi məslələri qatıb qarışdırıb. Kosmopolitizmlə paçifizmi səhv salıb. İndi də dünənə qədər heç görünməyən adamlar bu gün vaveyla salıb. 
Şəhidlərə görə danışanlar, dünənə qədər o qədər şəhidləri təhqir edib söyən, kabinetindən bayra atdıran məmurlara səsini çıxartmırdılar. Amma nədənsə birdən birə belə səs saldılar. Mən o qızın fikirlərini çox səhv bilirəm. Buna görə onu öldürməkmi lazımdır? Yaxud oturub onunla bir bir səhvlərini göstərməkmi? Bəyəm biz artıq fiki mübahisəsi edə bilmirik? Bəyəm biz polemikaya çıxa bilmirik? Yoxsa bizim polemikamız ancaq söyüşlə başlayıb söyüşlə qurtarmalıdır?
O qız da bir Azərbaycanlı qızıdır və nə bilrisiz ki, bir azərbaycanlı oğulun, gələcək şəhdin, gələcək qəhrəmanın anası deyil? Səhvləri var, oturub səhvlərini başa salmaq əvəzinə onu dahada qızışdırıb səhvlərinin, xətalarının dərinləşdirmək istəyi hardan gəlir?
O qıza da deyərdim ki, torpaqları işğal olunmuş millətin hər oğlunun boynunun borcudur ki, torpaqlarında olan yadellilərlə vuruşsun. Bacardıqca çox düşmən öğldürsün, bacarırsa ölməsin. Sağ qalsın,Mübariz isə əmrsiz zadsız ölməyə, şəhidliyə gedmişdi.
Qaldı qanımızn təmiz olmasına, onuda kim sənə başa salıbsa düz başa salmayıb, öz ata anana şər atma, qanının təmiz olub olmamağını onlardan yaxşı bilməzsən, onlardan soruş .
Birdə düşmənlə vuruşan qatıl və cəllad ola bilməz.Düşmənlə vuruşan ya igid, ya da şəhid olar!
Birdə o qıza deyərdim ki, qazi və şəhidlər haqqında danışmaq üçün ən azından ailəndə onlardan biri varsa danışa bilərsən, yoxdursa və onlar haqqında o şəxslərin özlərindən nəsə eşidib biımirsnsə danışamğa haqqın yoxdur.”
Azia.az

Teref.az

Related Articles

050-295-94-79
top