“Mübarizin şəhid olacağını bir il öncədən bilirdim…” – Milli Qəhrəmanın qardaşı…

Saytla əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Sosial şəbəkədə Milli Qəhrəmanımız Mübariz İbrahimovun haqqında həqiqətə uyğun olmayan söhbətlər dolaşır. M.İbrahimov haqqında gündəmə gətirilən bu cür mənfi fikirlər, hamı kimi şəhidin ailəsini də narahat edir

Moderator.az -a danışan M.İbrahimovun qardaşı Rəşad İbrahimov deyib ki, bu gün belə fikirlər səsləndirən adamların cavabını vermək təkcə şəhidin ailəsinin yox, hər bir Azərbaycan vətəndaşının borcudur:

“Bu cür fikirləri səsləndirən adamların cavabını mən verməli deyiləm, Mübariz artıq xalqın şəhididir və onun haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirən adamların cavabını da xalq verməlidir. Mübariz kiməsə minnət qoymadan gedib özünü vətən üçün qurban verdi. Axı bu gün Mübariz haqqında belə fikirlər səsləndirən adamların cavabını vermək bizə düşməz. Bizim düşmənimiz erməni idi, onun da cavabını qardaşım verdi. İçimizdə olan belə adamların cavabını isə qeyrətli Azərbaycan vətəndaşları verməlidir. Bu hadisələrdən atamın-anamın xəbəri yoxdur. Baş verənləri özüm izləyirəm. Atam Mübariz şəhid olandan sonra dedi ki, “Mübariz nə qədər şəhid olmamışdı, mənim övladım idi. İndi şəhid olub və o, artıq xalqın qəhrəmanıdır. Mən onu sizə verdim, halal xoşunuz olsun. Gedin qəhrəmanınızı yaşadın!”. 

Şəhidimizin qardaşı Mübarizin şəhid olacağını bir il öncədən bildiyini deyib:

“Siz Mübarizin şəhid olduğunu hadisə baş verəndən sonra bildiniz. Amma mən bir il öncədən bilirdim ki, Mübariz bunu edəcək. Çünki onunla hər dəfə telefonla danışırdıq. Öz aramızda çox söhbətlərimiz olub və hansı hisləri keçirmişəm Allah bilir. Sanki Allah bizi hazırladı ki, ola bilər ki, Mübariz şəhid olar və evinizə bu qədər adam gələr, hazır olun”.

Related Articles

050-295-94-79
top