AzTV-nin efirində: “Radarlara qəsdən aşağı sürət qoyub sonra cərimələyirlər” – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com
  • 1
    Share

AzTV-də yayımlanan “Günün nəbzi” verilişində Qüdrət Həsənquliyev və Zahid Oruc qonaq olub. 

Dövlət kanalında yayımlanan verilişdə əsas mövzu Fransada baş verən aksiyalar olub. Qüdrət Həsənquliyev Fransa dövlətinin başında duran adamın xalqın qarşısına çıxıb hesabat vermədiyini söyləyib: “Demir ki, siz nə dərəcədə haqlısız, yaxud haqsızsız. Bu onu göstərir ki, idarəetmədə də problem var”

Deputat həmçinin Fransada məqsədyönlü şəkildə radarlara aşağı sürət qoyulduğunu iddia edir: “İnsanların əsəbləri buna tab gətirmir və sürət həddini pozurlar. Bundan sonra da başlayırlar onları cərimələməyə. Hökumət çalışır ki, sadə vətandaşlardan çox vergi toplasın. Vergidən yığılan pullar isə ədaləsiz şəkildə bölünür”.

Zahid Oruc isə hesab edir ki, ölkədə böyük pulların davası gedir: “Bəzi qüvvələr bu cür kampaniyalara yatırım etməklə daha sonrakı mərhələdə vergi güzəştləri əldə edirlər”.

Aparıcı Rövşən Məmmədov isə Fransa prezidenti Makronun Ermənistan səfərinə vurğu edib. O bildirib ki, Makron Ermənistanda aksiya keçirən mavilərlə görüşür və hətta onlarla ayrıca bir otağa çəkilir.

baku.ws

Related Articles

050-295-94-79
top