Sevinc Səfərlidən ölkənin rəsmi şəxslərinə şok müraciət – FOTO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Bu günlərdə Cəlilabad şəhəri, H.Əliyev pr-ti, ev-118, mən-26 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Nərimanov r-nu, Təbriz küç, ev-10 ünvanda yaşayan Səfərli Sevinc Ramiz qızı Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər naziri cənab Ramil Usubova, Daxili İşlər nazirinin birinci müavini cənab Vilayət Eyvazova və digər vəzifə sahiblərinə ünvanladığı ərizəsinin bir surətini də, “Gundemxeber.az” saytının redaksiyasına təqdim edib. 
Adı çəkilən xanım təqdim etdiyi ərizəsində yazır ki, “Mən 2010-cu ildən 2013-cü ilədək Dubayda gözəllik salonunda işləmişəm və orada Mişel Əl Məhəmməd adlı şəxslə rəsmi nikaha daxil olaraq ailə həyatı qursam da, övladımız olmadığından ondan ayrıldım. Bakıya qayıtdıqdan üç il sonra isə, Həsənov Ramil Barat oğlu adlı şəxslə tanış oldum və biz yeddi il müddətində ər-arvad olaraq bir yerdə yaşadıq. Ramil Həsənov Hava Limanında işləyirdi və alver etmək məqsədilə tez-tez Dubaya gedib-gələrdi. Yəni, o, qızıl-zinət əşyaları alıb-satmaqla məşğul olurdu. Onun Mərkəzi Univermağın (MUM) 1-ci mərtəbəsində sağdan 2-ci girişdə 1-ci rəfdə Üzeyir və zərgər işləyən Kamran adlı şərikləri var idi. Ramil Həsənov BƏƏ “Qoldsuq”dan (Dubayda qızıl bazarı belə adlanır) briliant, daş-qaş, qızıl və s. alır və onları Bakıya gizli yolla, vergidən yayınmaqla keçirə bilirdi. O, mənimlə ailə quracağını vəd edərək maddi imkanlarımdan ustalıqla istifadə etdi. 
Yəni, o, ilk əvvəl anasının xərçəng xəstəsi olduğunu və onun müalicəsi üçün ona pul lazım olduğunu bildirdi. Bu şəxs mənə qarşı elə dələduzluq etdi ki, mən məcbur olub Bakı şəhəri, Çapayev küçəsində yerləşən 1 otaqlı həyət evimi 32.000 manata satdım və əldə olan pulun 2 min dollarını ona verdim. Az sonra o, məndən əlavə 8 min manat məndən pul alıb Almaniyada yaşayan Faiq adlı dayısının vasitəsilə, guya ki, Almaniyada müalicə olunan anasına göndərmişdi. Dəfələrlə mən Dubaydan Ramil Həsənovun adına “Western Union” vasitəsilə pul köçürmləri etmişəm. 2016-ci ildə Ramil Həsənov Hava Limanında rüşvət aldığı üçün daşıdığı vəzifəsindən qovulur. 
2015-ci ilin son ayları idi, mən Dubayda olarkən orada yaşayan İradə adlı rəfiqəm biz gəlmişdi. Həmin vaxt Ramil Həsənov da bizdə idi. Ümumu söhbət əsnasında hərbi xidmətdən söz düşdü və İradə adlı rəfiqəm oğlunun cəbhə bölgəsinə aparılmaması üçün, 4 min manat pula ehtiyacı olduğunu Ramil Həsənova bildirdi. Həmin vaxt o, faizlə pul verən tanış şəxs olduğunu bildirdi. Elə ki, Ramil Həsənov Bakıya qayıtdı, o halda o, Dubaya 20%-lə əvvəlcə 1000 dolları, sonra isə 3000 dolları pulu İradə adlı rəfiqəmə çatdırdı. O da iki il ərzində hər ay Ramil Həsənova 800 dollar, ümumilikdə 19.200 dollar pul verdi. Ramil Həsənov İradə xanımın dəqiq hərəkətlərini gördükdə ona əlavə olaraq 20%-lə 3000 dollar borca pul verdi. Buna görə də, İradə hər ay Ramil Həsənova 1400 dollar pul verirdi. Ramil Həsənov Əsmər adlı qadına da 2600 dollar pul verib hər ay ondan 550 dollar faiz pulu alırdı. Xeyli vaxt keçdikdən sonra, İradə və Əsmər Ramil Həsənova pul göndərməkdən imtina etdilər və ona artıqlaması ilə pul ödədiklərini də bildirdilər. Xırdalanda yaşayan Aidə Abdullayeva adlı bir rəfiqəm Ramil Həsənovdan 15%-lə 2000 dollar pul almış və ona 18 ay yüksək faizlə pul ödədikdən sonra, pul ödəməsini dayandırır. 
Bundan qəzəblənən Ramil Həsənov təqsiri məndə görüb, məndən qisas almağı qarşısına məqsəd qoyur. 06.06.2017-ci il tarixdə Ramil Həsənov mənə telefon zəngi edib, mənimlə görüşmək istədiyini bildirdi. Biz axşam saat 20:00 radələrində Nizami metrostansiyasının yaxınlığında görüşüb, Nərimanov metrostansiyasının yaxınlığında Fətəli xan Xoyiski küçəsində yerləşən “NewYork cinema club və karaoke” kluba getdik. Ramil Həsənov həmin klubda çalışan ofisiantdan qələm-kağız aldı və rəfiqələrim üçün götürdüyü pul sahibinə ondan əl çəksin deyə bir kağız yazmaq istədiyini bildirdi. Ramil qumar oynadığını, əgər atası bilərsə onu evdən qovacağını deyib sənədi yazmağımı xahiş etdi. Mən pul almadığım və borclu olmadığımı, pula görə qəbz yazmaqdan imtina etdiyimi bildirdikdə, 5 dəqiqə ərzində içəriyə iki nəfər hündürboylu şəxs daxil oldu. Onlardan hər ikisi iri cüssəli, kök oğlanlar idi. Həmin şəxslərdən biri Ramil Həsənovu söyüb ölümlə hədələdi və əlindəki buçağı mənə tərəf uzadıb əlində oynatdı. Ramil Həsənov mənə yalvardı ki, izahatı yaz və imzala, yoxsa həmin şəxslər onu və məni öldürəcəklər. Mən bərk qorxduğum üçün, məcburiyyət qarşısında qalıb Ramilin diktəsi ilə kağıza ondan 15.000 dollar pul almağım və hər ay 500 dollar pul ödəyəcəyimə dair izahat yazıb imzaladım.
Üz-üzə qaldığım belə bir problemlərlə bağlı bir müddət bundan öncə Azərbaycan Respublikasının Daxili İşlər nazirliyinin rəhbərliyinə ünvanladığım ərizəmdə qeyd olunan faktlar araşdırılması üçün, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə göndərilir. Adı çəkilən qurumdan 27 noyabr 2018-ci tarixdə aldığım cavab məktubunda “Bu problem mülki məsələ olduğundan, sizin məhkəməyə müraciət etmək hüququnuz var” deyə qeyd olunub. Belə bir cavab, bu gün də məni çaşbaş qoymaqdadır. Axı, mən həm Ramil Həsənovun dələduzluq əməlləri ilə, həm də Fətəli xan Xoyiski küçəsində yerləşən “NewYork cinema club və karaoke” klubda daha iki nəfər şəxsin məni ölümlə hədələməsi faktı ilə üz-üzə qalmışdır. Belə bir məsələlər, necə mülki məsələ ola bilər? Belə bir hal da, bu gün məni olduqca düşündürməkdədir.
Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci mad. əsasən Həsənov Ramil Barat oğlunun və adları məlum olmayan iki nəfər cinayətkar şəxslərin məni öldürməklə hədələdiklərinə, üzərimə buçaq çəkdiklərinə və hədə-qorxu gəlməklə, guya ki, Ramil Həsənova 15.000 dollar məbləğində pul vəsaiti borcum olmasına dair izahat (qəbz) yazdırdıqlarına, həmçinin valyutanı qanundan kənar (qızıl və birilyantı) sərhəddən gizli qaydada, yəni vergidən, gömrükdən yayınmaqla keçirdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmaları barədə müvafiq tədbirinizi görəsiniz”.
Hörmətli oxucular! Onu da qeyd edək ki, işıq üzü görən bu açıqlamada səslənən ittihamlar Səfərli Sevinc Ramiz qızına məxsusdur. Adı çəkilən bu xanım redaksiyamıza əlavə məlumatlar da çatdırıb ki, həmin faktlar əsasında əməkdaşımızın hazırladığı geniş araşdırma yazısınıı yaxın günlərdə diqqətinizə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

GundemXeber.Az

Related Articles

050-295-94-79
top