“Samir Şərifov xalqın yox, öz cibindəkilərə uyğun fikirləşir” – İttiham

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
“Mən dəfələrlə demişəm ki, hazırkı hakim komanda ölkənin birinci şəxsinin əleyhinə işləyir. Bütün təxribatçı addımları da bunu sübut edir”.
Bu fikirləri Mia.az-a Maliyyə naziri Samir Şərifovun manatla bağlı son açıqlamasına münasibət bildirərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, ölkə rəhbərinə qarşı iş aparan komandanın başında maliyyə naziri Samir Şərifov dayanır:
“Bu adam hər şeyi öz arşını ilə ölçür. Necə yəni, manatı möhkəmlənməsi səmərəli deyil? Milli valyutanın zəifləməsi kimə lazımdır? Bu adamlar belə hərəkərlərlə nə etmək istəyir? Səbəb bəllidir. Onlar istəyirlər ki, narazılıq böyüsün, Prezidentə qarşı təzyiq olsun. Görün, iş nə yerdədir ki, Samir Şərifov müəyyən yerlərdə deyir ki, əgər mən prezident olsaydım, filan işi filan edərdim. Yəni, bu adam özünü artıq prezident kürsüsünə layiq bilir. Deyəsən, Fərhad Əliyevin yolu ilə getmək istəyir. Deməli, artıq özü barədə çox yüksək fikirdəddir. Ona görə Samir Şərifov xalqın yox, öz cibindəkilərə uyğun fikirləşir. O nə bilir ki, sadə xalq hansı əziyyətlərlə yaşayır”.

Related Articles

050-295-94-79
top