Ağacan Abiyev: Sotomayor kimi boynu nazik olan boksçular tez nokauta düşür

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev ölkə çempionatının yekunlarını dəyərləndirib.

O, Oxu.Az-a verdiyi müsahibəsində gənclərin fərqləndiyini bildirib:

“Xoşagələn hadisə odur ki, yaxşı, yeni gənclərimiz var. Hesab edirəm ki, həmin gənclər gələcəkdə indiki milli üzvlərindən yaxşı yerlər tutacaq. Ümumiyyətlə, hazırlığa gəlincə, ilin sonudur, döyüşlər hələ irəlidədir. Amma ilin sonuna baxmayaraq, uşaqlar yaxşı boks göstərdilər. Bu sözlərim istər adlı-sanlı boksçularımıza, istərsə də gənclərə aiddir”.

O, 69 kq çəki dərəcəsinin yarımfinalında Elnur Süleymanov tərəfindən nokauta düşmüş millimizin üzvü, Olimpiya mükafatçısı Lorenso Sotomayor haqda da sualımıza cavab verib.

Related Articles

050-295-94-79
top